CƏMİYYƏT


Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçısı olan gənclərlə görüş keçirilib

Bakı, 20 fevral, AZƏRTAC

Fevralın 20-də Milli Məclisin Gənclər və idman komitəsində şəhid ailəsi, Vətən müharibəsinin iştirakçıları və arxa cəbhədə xidmət göstərən gənclərlə xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq növbəti görüş keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsinin Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu vurğulayıb. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz 44 günlük Vətən müharibəsi zamanı şücaət göstərərək öz xilaskarlıq missiyasını şərəflə yerinə yetirib. 30 il müddətində Ermənistan işğalı altında olan əbədi və əzəli torpaqlarımız düşmən tapdağından azad edilib, tarixi ədalət bərpa olunub. Qələbəmiz sayəsində Ermənistanın illərlə yürütdüyü işğalçılıq və təcavüzkarlıq siyasətinə birdəfəlik son qoyulub.

Sədr müavini qeyd edib ki, Vətən müharibəsi zamanı bütün Azərbaycan xalqı dövlətimizin başçısının “Biz birlikdə güclüyük” şüarını rəhbər tutaraq Prezidentimizin ətrafında yumruq kimi birləşib, düşmənə həm döyüş meydanında, həm arxa cəbhədə layiqli zərbələr endirərək Zəfər əldə edib. Hərbi qulluqçularımızın, vətəndaşlarımızın öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməsi xalqımızın qüdrətini bir daha dünyaya nümayiş etdirib. Vətən müharibəsi zamanı gənclərimizin cəbhəyə dəstək aksiyalarında iştirakı, sosial şəbəkələrdə ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində uğurlu fəaliyyətləri xüsusi qeyd edilib.

Söhbət zamanı gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, milli-mənəvi dəyərlərə uyğun yetişdirilməsi, onların zərərli vərdişlərdən uzaqlaşdırılmasında idmanın əhəmiyyətli rolundan danışılıb.

Sonda görüşdə iştirak edən Vətən müharibəsinin iştirakçılarına və arxa cəbhədə xidmət göstərən vətəndaşlarımızın bir qisminə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.