Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib

Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis Sədrinin müavini, komitə sədri Adil Əliyev yeni sessiyanın başlaması münasibətilə deputatları təbrik edib, işlərində uğurlar arzulayıb. Diqqətə çatdırıb ki, iclasda 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində görülən işlər barədə hesabata və payız sessiyası üçün iş planının layihəsinə baxılacaq. Komitə sədri qeyd edib ki, ölkəmizdə COVID-19 pandemiyası ilə bağlı mübarizədə Milli Məclis çox böyük işlər görüb.

Milli Məclis Sədrinin müavini vurğulayıb ki, Prezident İlham Əliyevin VI Çağırış Milli Məclisin iclasındakı nitqi tarixi bir çıxış, ümumilikdə, parlament və hər bir deputatın gələcək fəaliyyəti üçün “yol xəritəsi”dir.

Komitə sədri bildirib ki, 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitənin 6 onlayn iclası keçirilib. Komitədə iki qanun layihəsi üç oxunuşda müzakirə olunaraq, plenar iclasa tövsiyə edilib və Milli Məclis tərəfindən qəbul olunub. Bu sənədlər bir sıra məcəllələrə və qanunlara dəyişikliklərin edilməsi ilə bağlı olub.

Sessiyalar ərzində komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan ümumilikdə, 207 məktub və sənədlər daxil olub. Sessiya müddətində 1597 nəfərin sosial şəbəkələr üzərindən elektron müraciəti qeydə alınıb, 1548 məsələ artıq öz həllini tapıb. Daxil olan 204 şifahi müraciətin 146-sı həll olunub. Vətəndaşların müraciətlərində məşğulluq, məişət, sağlamlıqla bağlı problemlər, abadlıq işləri, maddi yardım, bank kreditləri, gənclər və idman sahəsinə aid məsələlər yer alıb.

Komitə sədri məlumat verib ki, onun tərəfindən cari ilin ilk 6 ayı ərzində fərdi olaraq 660 vətəndaş qəbul edilib. Vətəndaşların qaldırdığı məsələlərin bir çoxu öz müsbət həllini tapıb.

Diqqətə çatdırılıb ki, hesabat dövründə pandemiya şəraiti də nəzərə alınaraq komitənin təşkilatçılığı və iştirakı ilə bir çox tədbirlər həyata keçirilib. Belə ki, Gənclər və idman komitəsinin təşəbbüsü ilə İctimai Televiziyanın efirində tanınmış idmançıların iştirak etdiyi “Ulduzla hərəkət et” verilişi fəaliyyətə başlayıb. Mədəniyyət Nazirliyinin və “Kreativ Azərbaycan” portalının elan etdiyi “Evdə qal, evdə yarat” aksiyasında iştirak edən istedadlı gənclərə dəstək verilib. “Yaşamaq yaşatmaq qədər gözəldir” adı altında qanvermə aksiyası keçirilib. “Könüllülər İli” və gənclər təşkilatının fəaliyyətinə həsr olunmuş onlayn konfrans, Yeni Azərbaycan Partiyasının və partiyanın Gəncə şəhər təşkilatının birgə təşəbbüsü ilə "Pandemiya dövründə gənclərin asudə vaxtının təşkili" mövzusunda görüş təşkil olunub. Parlamentdə könüllülərlə işin təkmilləşdirilməsi məqsədilə “Parlament könüllüsü” layihəsi hazırlanıb. Qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə görüş keçirilib. Bundan əlavə, Gənclər və idman komitəsi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Vətənpərvər məktəblilər” layihəsinə başlanılıb.

Bildirilib ki, sessiya ərzində komitə sədri Milli Məclisin Sədri Sahibə Qafarovanın bitərəf deputatlarla onlayn görüşündə, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Türkiyədəki Səfirliyinin və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr edilmiş onlayn simpoziumda iştirak edib. Adil Əliyev “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif edilib.

15 iyun - Milli Qurtuluş Günü münasibətilə gənclərlə onlayn konfrans, “Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” adlı esse müsabiqəsinin iştirakçıları ilə onlayn görüş keçirilib. Komitə sədri mütəmadi olaraq videokonfrans vasitəsilə seçiciləri qəbul edib.

Bildirilib ki, Milli Məclis Sədrinin müavini Adil Əliyev cari ilin iyun ayında Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilən təxribatla bağlı bu bölgəyə səfər edib, buradakı vəziyyətlə yaxından tanış olub. Ermənistan tərəfinin iyulun 12-dən başlayaraq ölkəmizin sərhədlərində etdiyi təxribatlar barədə geniş ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə Almaniyanın Köln şəhərində onun iştirakı ilə tədbir keçirilib.

Komitə sədri bildirib ki, o, hesabat dövründə müxtəlif KİV vasitələrində, televiziya kanallarında ölkədə və dünyada baş verən hadisələrə dair öz fikirlərini açıqlayıb, aktual mövzularda müsahibə və məqalələrlə çıxış edib. Onun Tovuz təxribatı ilə bağlı dünyanın 9 ölkəsində və 30-dan çox media qurumunda türk, ingilis, rus, alman, ərəb və Koreya dillərində məqalələri çap edilib.

Sonra komitənin 2020-ci il payız sessiyası üçün iş planı təqdim edilib. Qeyd olunub ki, sessiya zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin “Könüllülər İli” elan olunması ilə bağlı Sərəncamına uyğun olaraq gənclər sektorunda maarifləndirmə işinin təşkili, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramına əsasən normativ-hüquqi aktların gənclərlə bağlı müddəalarının təhlili, bir sıra qanunların, o cümlədən "Könüllü fəaliyyəti haqqında" Qanuna dəyişiklik barədə, “Xeyriyyəçilik fəaliyyəti haqqında” və digər qanunların müzakirəsi, Gənclər Gününə həsr olunmuş ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub.

Payız sessiyasında, həmçinin “Deputat könüllüləri” layihəsinin icrası, Milli Məclis könüllülərinin yaradılması istiqamətində tədbirlər, habelə şəhid ailələri, müharibə veteranları, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri, əsgərlər və idmançılarla bir sıra görüşlər planlaşdırılır. Komitə üzvləri, eyni zamanda, işğal altında olan ərazilərimizdə vəziyyətin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində aktiv fəaliyyət göstərəcəklər.

Könüllülər barədə məlumat verən komitə sədri qeyd edib ki, deputatların yerlərdə könüllülərinin olması, hər bir deputatın ən az 3-5 könüllünü seçməsi çox müsbət hal olardı. Ümumilikdə, 125 deputatın bir yerdə mindən artıq könüllüsünün olması, onların da dövlətin, dövlətçiliyin inkişafında, möhkəmləndirilməsində fəaliyyətə cəlb olunması çox vacibdir.

Sonra Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, deputatlar Etibar Əliyev, Vüqar İskəndərov, Cavid Osmanov, Ülvi Quliyev, Şahin Seyidzadə, Sevinc Hüseynova və Müşfiq Cəfərov iclasda çıxış edərək, hesabat və iş planı barədə, bir sıra digər məsələlərlə bağlı öz fikirlərini bölüşüblər.

İclasda komitənin 2020-ci il yaz və növbədənkənar sessiyalarında fəaliyyəti məqbul sayılıb, payız sessiyanın iş planı təsdiqlənib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib