CƏMİYYƏT


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilir

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilir. İclasın gündəliyinə 3 məsələ daxil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində İctimai birliklər və dini qurumlar komitəsinin gördüyü işlər barədə hesabat dinləniləcək, komitənin 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planına baxılacaq.

Komitənin toplantısında cari məsələlər barədə də fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.