SİYASƏT


Milli Məclisin İndoneziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu indoneziyalı həmkarlarına təşəkkür məktubu ünvanlayıb

Bakı, 19 fevral, AZƏRTAC

Milli Məclisin Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev İndoneziya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Muhammad İqbala və qrupun üzvlərinə təşəkkür məktubu ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, məktubda Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı İndoneziya Respublikasının Nümayəndələr Palatasında qəbul edilmiş, tarixi faktlara söykənən və BMT TŞ-nin qətnamələrinə istinad edən siyasi bəyanat yüksək qiymətləndirilib, İndoneziya parlamenti tərəfindən verilən bu qardaş dəstəyinə görə dostluq qrupu adından həmkarlarına minnətdarlıq ifadə olunub.

Məktubda, həmçinin qeyd edilib ki, Azərbaycan Respublikası dost İndoneziya Respublikası ilə ikitərəfli əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsinə böyük önəm verir. Məktubda birgə səylər nəticəsində parlamentlərarası əməkdaşlığımız bundan sonra da dərinləşəcəyinə və bunun xalqlarımız arasında mövcud əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Xatırladaq ki, 2021-ci il 10 fevral tarixində İndoneziya Respublikasının Nümayəndələr Palatasının İndoneziya-Azərbaycan parlament dostluq qrupu tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edilib, bəyanatda ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi insanlığa sığmayan cinayətlər qınanılıb və Ermənistanın BMT TŞ-nin qətnamələrinə məhəl qoymaması pislənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.