SİYASƏT


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dağıstanlı deputatlarla görüş keçirilib

Bakı, 13 noyabr, AZƏRTAC

Noyabrın 13-də Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisi Sədrinin müavini Kamil Davdiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qonaqları salamlayaraq bildirib ki, Azərbaycan və Dağıstan xalqları ortaq dəyərləri bölüşən, bir-birinə çox yaxın mədəniyyətə, adət-ənənələrə malik qardaş xalqlardır. Azərbaycanda da, Dağıstanda da gedən müsbət dəyişikliklər, inkişaf tendensiyası təqdirəlayiqdir.

Komitə sədri qonaqlara Azərbaycanın büdcəsi, iqtisadi sahədə aparılan islahatlar, sahibkarlar, investorlar və kənd təsərrüfatının inkişafı üçün yaradılmış imkanlar, ölkəmizin keçdiyi tərəqqi yolu barədə ətraflı məlumat verib.

Səmimi sözlərə görə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Dağıstan Xalq Məclisi Sədrinin müavini Kamil Davdiyev öz növbəsində Dağıstanın büdcəsi, iqtisadi inkişafı, kənd təsərrüfatı haqqında danışıb. Qonaq diqqətə çatdırıb ki, Dağıstan və Azərbaycan xalqları tarixən bir-birinə bağlı, ayrılmaz xalqlardır. Parlamentlərimiz arasında imzalanmış sənədlər bu münasibətlərin daha da inkişaf edəcəyinə əminlik yaradır.

Söhbət zamanı iqtisadiyyat, kənd təsərrüfatı sahələrində təcrübə mübadiləsi, parlamentlərarası əlaqələrin inkişafı və digər mövzularda müzakirələr aparılıb.

Görüşdə Milli Məclisin deputatları Rüfət Quliyev, Aydın Hüseynov və İlham Əliyev iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.