SİYASƏT


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib

Bakı, 21 aprel, AZƏRTAC

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komitənin sədri Tahir Mirkişili iclası açaraq gündəlik barədə məlumat verib. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuşda) ilə bağlı qeyd edilib ki, təklif olunan dəyişiklik, Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan bir sıra konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələrinin sosialyönümlülük prinsiplərinə uyğun olaraq azaldılması məqsədilə hazırlanıb. Komitə üzvləri - Əli Məsimli, Aydın Hüseynov, Məşhur Məmmədov, Vüqar Bayramov, Anar Məmmədov, Rüfət Quliyev məsələ barədə fikirlərini bölüşüblər.

Daha sonra komitə üzvləri “Dövlət rüsumu haqqında”, “Dövlət satınalmaları haqqında” qanunlarda, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında qanun layihələri barədə, “Nağdsız hesablaşmalar haqqında” Qanunda, Mənzil, İnzibati Xətalar məcəllələrində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini müzakirə edərək Milli Məclisin plenar iclasında ikinci oxunuşda baxılmaq üçün tövsiyə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.