SİYASƏT


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

Bakı, 19 iyun, Ayla Sadıq, AZƏRTAC

İyunun 19-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəliyə “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsinin daxil olduğunu deyib. Bildirib ki, ötən əsrin 20-ci illərində, I Dünya müharibəsindən sonra təsis olunan bu qurum müxtəlif ölkələrin hərbi tibb xidmətləri arasında əməkdaşlıq əlaqələri yaratmaq məqsədi daşıyıb. Həm müharibə şəraitində, həm də sülh dövründə əməkdaşlıq vasitəsilə ölkələrin qarşılıqlı olaraq bir-birinin təcrübəsindən bəhrələnməsi vacib bilinib.

1920-ci ildə ABŞ Tibb Xidməti Zabitlər Assosiasiyasının toplantısında bu məsələnin nizamlanması təklif edilib. Belçika hökuməti konsepsiyanın praktiki inkişafını dəstəkləyib və 1921-ci ildə Brüsseldə 1-ci Beynəlxalq Hərbi Tibb və Əczaçılıq Konqresləri Daimi Komitəsinin əsası qoyulub. Müxtəlif illərdə adı fərqli olub. 1990-cı ildə Beynəlxalq Hərbi Tibb Komitəsi adlandırıldı.

Qeyd olunub ki, bu Nizamnamədə həmin komitənin vəzifələri, əməkdaşlığın formaları göstərilib və üzv dövlətlərin öhdəlikləri müəyyən olunub. Qanun layihəsi Azərbaycanın milli maraqlarına uyğundur.

Deputatlar qanun layihəsini yüksək qiymətləndiriblər.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.