CƏMİYYƏT
Milli Məclisin Regional məsələlər komitəsinin hesabatı dinlənilir
Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də Regional məsələlər komitəsinin iclası keçirilir. İclasın gündəliyinə 2 məsələ daxil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində Regional məsələlər komitəsinin gördüyü işlər barədə hesabat dinləniləcək. Həmçinin komitənin 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı təsdiq olunacaq.