SİYASƏT


Milli Məclisin Sədri Parlament Sədrlərinin Avropa Konfransında iştirak edəcək

Bakı, 23 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Parlament Sədrlərinin Avropa Konfransında iştirak etmək üçün oktyabrın 23-dən 25-dək Strasburqda səfərdə olacaq.

Parlamentin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, AŞPA-da nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov, deputatlardan Sahibə Qafarova, Xanlar Fətiyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Konfransda “Avropa ümumi evimiz: növbəti 70 il”, “BMT-nin 2030 gündəminin və davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi: Parlamentlərin töhfəsi”, “Qadın siyasətçilərə, millət vəkillərinə qarşı təzyiq və nifrət ifadələrinin artmasına qarşı milli parlamentlər hansı rol oynaya bilər?” mövzularında müzakirələr aparılacaq.

Səfər çərçivəsində Milli Məclis Sədrinin konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Konfrans çərçivəsində Parlament Baş katiblərinin iclası keçiriləcək. İclasda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.