SİYASƏT


Milli Məclisin Sədri ilə ATƏT Parlament Assambleyasının Prezidenti arasında telefon danışığı olub

Bakı, 29 sentyabr, AZƏRTAC

Milli Məclisin Sədri Sahibə Qafarova ilə ATƏT Parlament Assambleyasının Prezidenti Georgi Tsreteli arasında telefon danışığı olub.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, telefon söhbətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü müzakirə edilib.

Milli Məclisin sədri bildirib ki, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri cəbhə xətti boyunca hərbi təxribatlar törətməyə başlayıb. Ermənistan silahlı qüvvələri iriçaplı silahlardan, minaatan və artilleriya qurğularından istifadə edərək dinc yaşayış məskənlərini və mülki əhalini hədəfə alır. Bu isə 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Beynəlxalq hüquqa əsasən, bu, Ermənistan tərəfinin hərbi təcavüzü və Azərbaycana qarşı güc tətbiq etməsi kimi qiymətləndirilir.

Spiker vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təxribata hazırlaşdığı dəfələrlə beynəlxalq birliyin diqqətinə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.