CƏMİYYƏT


Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsində Sabunçu rayon fəalları ilə görüş olub

Bakı, 8 noyabr, AZƏRTAC

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı 9 noyabr – Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü münasibətilə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin təşəbbüsü ilə parlamentdə rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Rəna Fərəcova, Sabunçu rayonu 27 nömrəli seçki dairəsindən deputat, həmçinin komitənin üzvü Dilarə Cəbrayılova, orta məktəb direktorları, həkimlər, şagirdlər və rayonun ictimai həyatında yaxından iştirak edən gənclərdən ibarət bir qrup fəal ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar Milli Məclisdə Heydər Əliyev muzeyi, iclas zalı və kitabxana ilə tanış olublar.

Görüşdə Aqiyə Naxçıvanlı Azərbaycan parlamentinin tarixi, Milli Məclisin fəaliyyəti, tərkibi və komitələri haqqında məlumat verib. O, həmçinin rəhbərlik etdiyi ailə, qadın və uşaq məsələləri komitəsinin fəaliyyəti barədə danışıb.

Sonda komitə sədri qonaqların suallarını cavablandırıb və fəallara ulu öndər Heydər Əliyevin çıxışlarından ibarət “Mənəviyyat, mədəni dəyərlər, mənəvi tərbiyə” adlı kitabı və Birinci vitse-prezident Mehriban Əliyevaya həsr olunmuş kitab dəstini hədiyyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.