SİYASƏT
Milli Məclisin avqustun 5-də keçiriləcək növbədənkənar iclasının gündəliyi açıqlanıb
Bakı, 3 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinin avqustun 5-də keçiriləcək növbədənkənar iclasının gündəliyi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə 6 məsələ daxil edilib.
Növbədənkənar iclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə ediləcək.