SİYASƏT


Milli Məclisin deputatı AŞPA-da Metsamor stansiyasının təhlükələrindən danışıb

Strasburq, 11 oktyabr, AZƏRTAC

Sovet dövründə Çernobıl qəzası ilə bağlı məlumat verilmirdi. Minlərlə uşaq bu qəzanın qurbanı oldu. Qonşu ölkələr böyük radioaktiv axına məruz qaldılar. Yalnız İsveç bu haqda məlumat verdi. Heç bir ictimai məlumat verilmədi və böyük problemlər məhz bundan yarandı. Hətta Çernobıla köməyə gələn yanğınsöndürənləri müalicə edən həkimlər də bu haqda danışmadılar.

Bu fikirləri AŞPA-nın payız sessiyasında “Avropada nüvə təhlükəsizliyi və əminliyi” adlı məruzənin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Asim Mollazadə söyləyib.

O bildirib ki, bu məruzə çox vacibdir. Bir çox nüvə stansiyaları var ki, son dərəcə təhlükəlidir. Belə stansiyalardan biri Ermənistandakı Metsamor stansiyasıdır. Metsamor Çernobıl kimi çox təhlükəlidir. Ermənistanda yeni bir zəlzələ baş verərsə, Avropa demək olar yer üzündən silinəcək. Başa düşürük ki, Avropada enerjiyə böyük ehtiyac var, ancaq Metsamor stansiyasının fəaliyyəti dərhal dayandırılmalıdır. Beynəlxalq səviyyədə belə təhlükəli stansiyalarda qəzalar zamanı nə etməklə bağlı təcili planlar yoxdur.

Deputat deyib ki, Avropa İttifaqı Ermənistan hökumətinə Metsamor ilə bağlı mövqeyini bildirib. Amma bu stansiya istismar edilməkdə davam edir. Ermənistanın keçmiş baş naziri Qran Baqranyan ölkəsinin “çirkli bomba”ya malik olduğunu və ondan Azərbaycana qarşı istifadə edəcəyini bildirmişdi. Bütün Avropa üçün böyük təhlükə olan Metsamor bağlanmalıdır.

Azərbaycan nümayəndə heyətinin üzvü məruzənin müəllifinə Metsamor Atom Elektrik Stansiyasının adını da məruzəyə salmağı təklif edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.