SİYASƏT
Milli Məclisin deputatı AŞPA-da uşaqların hüquqlarından danışıb
Strasburq, 29 iyun, AZƏRTAC
AŞPA-nın yay sessiyasındakeçirilən müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva ailədaxili problemlərdən, uşaqların hüquqlarından və müdafiəsindən danışıb.
AZƏRTAC xəbər verir ki, deputat ailələrdə valideynlər arasındakı münaqişələrin uşaqların tərbiyəsinə mənfi təsir etdiyini bildirib. Uşaqların valideynlər arasındakı münaqişəli münasibətlərin qurbanına çevrildiyini vurğulayaraq deyib: “Bu cür münaqişəli ailələrdə uşaqların hüquqlarının müdafiəsi təkcə valideynlərin hüquq və məsuliyyəti deyil. Uşaqların müdafiəsi bütün cəmiyyətin məsuliyyəti olmalıdır”.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq