SİYASƏT
Milli Məclisin deputatı Baltik Assambleyasının iclasında iştirak edəcək
Bakı, 13 fevral, AZƏRTAC
Milli Məclisin deputatı Əli Məsimli Baltik Assambleyasının iqtisadiyyat, energetika və innovasiya, təbii ehtiyatlar və ətraf mühit məsələləri üzrə komitələrinin birgə iclasında iştirak etmək üçün fevralın 14-dən 16-dək Latviyanın paytaxtı Riqada səfərdə olacaq. Bu barədə AZƏRTAC-a parlamentin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Baltik dövlətlərinin birgə qaz və elektrik enerjisi bazarları, “RailBaltica” layihəsinin həyata keçirilməsi, 2021-2027-ci illər üzrə Avropa İttifaqının illik Maliyyə Çərçivəsinə dair Baltik dövlətlərinin vahid mövqeyi, dayanıqlı mobillik, nəqliyyatın təhlükəsizliyi, intellektual nəqliyyat sistemi sahəsində qabaqcıl innovativ layihələr, birgə rüsum sisteminin təqdimatı məsələləri və bununla bağlı Baltik Assambleyasının tövsiyələri müzakirə olunacaq.