SİYASƏT


Milli Məclisin deputatı Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək

Milli Məclisin deputatı Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək

Bakı, 29 mart, AZƏRTAC

Milli Məclisin Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev martın 30-da Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Rauf Əliyev Bolqarıstanda aprelin 2-də keçiriləcək parlament seçkilərinə hazırlıqla tanış olacaq və seçki günü prosesin gedişini, vətəndaşların fəallığını izləyəcək.

Səfər aprelin 3-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.