SİYASƏT


Milli Məclisin deputatı Keniyada keçiriləcək beynəlxalq sammitdə iştirak edəcək

Bakı, 8 noyabr, AZƏRTAC 

Milli Məclisin deputatı Məlahət İbrahimqızı “Əhali və inkişaf üzrə beynəlxalq konfans 25” (İCPD 25): Vədlərin sürətləndirilməsi” mövzusunda keçiriləcək Sammitdə iştirak etmək üçün noyabrın 10-da Keniya Respublikasının paytaxtı Nayrobi şəhərinə səfərə gedəcək.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Avropa Parlamentinin və İcraiyyə Komitəsinin 2019-2020-ci illər üçün iş proqramı, Avropa və beynəlxalq aləmdə cinsi, reproduktiv sağlamlıq, hüquqların inkişafında mövcud problemlər, uğurlar və digər aktual mövzular müzakirə olunacaq.

Toplantıda Avropa Parlament Forumunun İcraiyyə Komitəsinə seçkilər keçiriləcək.

Milli Məclisin deputatı müzakirə edilən mövzularla bağlı fikirlərini bildirəcək və təkliflərini verəcək.

Səfər noyabrın 16-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.