SİYASƏT
Milli Məclisin deputatı Latviyada beynəlxalq konfransda iştirak edəcək
Bakı, 23 iyul, AZƏRTAC
Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov Latviyanın Qulbene şəhərində “Yerli özünüidarəetmədə beynəlxalq əməkdaşlığın rolu” mövzusunda keçiriləcək beynəlxalq konfransda, ənənəvi şəhər bayramında və 2-ci beynəlxalq incəsənət festivalında iştirak etmək üçün iyulun 25-dən 28-dək Latviya Respublikasında səfərdə olacaq.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Kamran Bayramovun beynəlxalq konfransda “Bələdiyyələrarası əməkdaşlığın qurulmasında və inkişaf etdirilməsində milli parlamentlərin rolu” mövzusunda məruzə ilə çıxış edəcəyi, Latviya Bələdiyyələr İttifaqının rəhbərliyi, Latviya Seyminin deputatları və konfransda iştirak edəcək xarici dövlətlərin nümayəndələri ilə görüşlər keçirəcəyi nəzərdə tutulur.