SİYASƏT


Milli Məclisin deputatı NATO Parlament Assambleyasının Rouz-Rout seminarında iştirak edir

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Kamran Bayramov aprelin 12-14-də qurumun Türkiyənin Antalya şəhərində keçirilən 99-cu Rouz-Rot seminarında iştirak edir.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin açılış mərasimində NATO Parlament Assambleyasının sədri Madelayn Mun, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu çıxış edib, sonra panellərdə Suriyadakı vəziyyət, Mərkəzi Asiyada çağırışlar, miqrasiyanın və qaçqın axınının humanitar və təhlükəsizlik aspektləri və digər mövzular üzrə çıxışlar edilib, müzakirələr aparılıb.

Milli Məclisin deputatı Kamran Bayramov miqrasiyanın, qaçqın axınının humanitar və təhlükəsizlik aspektləri mövzusunda keçirilən panel müzakirələrində çıxış edərək qeyd edilən aspektlərlə yanaşı, miqrasiyaya və qaçqın axınına səbəb olan münaqişələrin həllinin vacibliyindən danışıb. Bununla yanaşı, deputat tədbir iştirakçılarına Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və 1 milyondan çox qaçqın və məcburi köçkünün öz doğma torpaqlarından didərgin düşməsi ilə nəticələnmiş Dağlıq Qarabağ münaqişəsini misal gətirərək, beynəlxalq təşkilatların bu cür münaqişələrin həlli ilə bağlı səylərinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb, münaqişələrlə bağlı qəbul etdikləri qərar və qətnamələrin icra mexanizminin təkmilləşdirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Qaya Məmmədov iştirak edir.

Seminarın birinci gününün sonunda tədbirdə təmsil olunan ölkələrin parlamentlərinin üzvləri Türkiyədə məskunlaşmış suriyalı qaçqın uşaqları ilə futbol üzrə yoldaşlıq görüşü keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.