SİYASƏT
Milli Məclisin deputatı “Özbəkistanın müstəqilliyinin 30 illiyi” döş nişanı ilə təltif olunub
Bakı, 23 sentyabr, AZƏRTAC
Bu günlərdə Milli Məclisin deputatı Eldar İbrahimov Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin Sərəncamı ilə “Özbəkistan Respublikasının müstəqilliyinin 30 illiyi” döş nişanı ilə təltif edilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 22-də Özbəkistanın Azərbaycandakı səfirliyində keçirilən tədbirdə səfir Baxrom Aşrafxanov mükafatı Eldar İbrahimova təqdim edib. Bildirib ki, E.İbrahimov Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri və “Azərbaycan-Özbəkistan” Dostluq Cəmiyyətinin sədri kimi iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişafına, dostluq və qardaşlıq əlaqələrinin güclənməsinə verdiyi mühüm töhfələrə görə bu mükafata layiq görülüb.