SİYASƏT
Milli Məclisin deputatı Ülviyyə Həmzəyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı səfirliyində olub
Daşkənd, 28 may, AZƏRTAC
Özbəkistanın Buxara şəhərində keçirilən beynəlxalq “Qızıl tikmə və zərgərlik sənəti” festivalında iştirak edən Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin baş məsləhətçisi Aydan Fərəcova və Azərbaycan Mədəniyyət Nazirliyinin Muzey sərvətləri və xatirə əşyalarının elmi-bərpa mərkəzinin direktoru Zərifə Məlikova ölkəmizin Özbəkistandakı səfirliyində olublar.
AZƏRTAC xəbər verir ki, qonaqları Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev qarşılayıb.
Qonaqlar və səfir ulu öndər Heydər Əliyevin səfirlikdəki abidəsi önünə gül dəstələri düzüblər.
Keçirilən görüşdə Azərbaycan-Özbəkistan münasibətləri, dövlətlərimiz arasında əməkdaşlığın yüksək səviyyədə olması istiqamətində söhbət olub.
Ü.Həmzəyeva Buxarada keçirilən “Qızıl tikmə və zərgərlik sənəti” festivalı haqqında məlumat verib, tədbir çərçivəsində bir sıra görüşlər keçirdiyini bildirib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd