SİYASƏT


Milli Məclisin deputatı: radikallaşmanın qarşısının alınmasında qadınların rolu vacibdir

Strasburq, 11 oktyabr, AZƏRTAC

AŞPA-nın payız sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayevanın “Avropada miqrantların və diaspor icmalarının radikallaşması” məruzəsi ilə bağlı fikirləri parlamentarilərə yazılı şəkildə paylanılıb.

Azərbaycanlı deputat radikallaşmanın qarşısının alınmasında təhsilin, diaspor icmalarının, qadınların roluna toxunaraq onun əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, qadınlar və qadın təşkilatları radikallaşmanın qarşısının alınmasında mühüm rol oynayırlar. Qadınlar radikallaşmanın ilkin əlamətlərini daha tez görə bilər və onların səsi radikallaşma prosesinə əks-təsir kimi həlledici ola bilər. “Qadınların rolu yalnız ailə hüdudlarında məhdudlaşmamalıdır, onları radikallaşmanın qarşısının alınması siyasətinin formalaşmasında, tərbiyəvi və ictimai fəaliyyətdə daha fəal olmağa təşviq etmək lazımdır”, - deyə deputat diqqətə çatdırıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.