CƏMİYYƏT


Milli Məclisin deputatının məqaləsi “Global Media” jurnalında dərc olunub

Bakı, 19 yanvar, AZƏRTAC

“Global Media” jurnalının sonuncu sayında Milli Məclisin deputatı, Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, deputatın “Cənubi Qafqazda qlobal oyun başa çatdı” adlı yazısında Qarabağ münaqişəsinin səbəblərindən və başlanması tarixindən, eləcə də Azərbaycanın Vətən müharibəsindəki Qələbəsindən bəhs edilir. Məqalədə son 200 ildə erməni millətçiliyinin Cənubi Qafqazda yaratdığı qeyri-sabitlik, erməni terrorçuları tərəfindən törədilmiş çoxsaylı kütləvi qətliamlar, etnik təmizləmə haqqında, eləcə də Qarabağ münaqişəsinin mahiyyəti barədə ətraflı məlumat verilir.

Bu jurnalda daha öncə C.Feyziyevin “Türk parlament ənənələrinin təşəkkülü tarixi” adlı digər məqaləsi də çap olunub. Həmin məqalə türk xalqlarının tarixində parlamentarizmin inkişafı tarixindən bəhs edir və Türkiyə Böyük Millət Məclisinin 100 illik yubileyinə həsr olunub.

Dünyanın 35 ölkəsində yayımlanan “Global Media” jurnalı Beynəlxalq Jurnalistlər Şurasının orqanıdır. Mərkəzi ofisi Ankarada yerləşən jurnalın Amerika, İngiltərə, Almaniya, Kanada, Fransa, Rusiya da daxil olmaqla 40 ölkədə nümayəndəliyi var. Jurnal ingilis və türk dillərində çap olunmaqla dünyanın bütün diplomatik korpuslarında yayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.