SİYASƏT


Milli Məclisin deputatları Belarusda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər

Minsk, 14 noyabr, AZƏRTAC

Azərbaycan Milli Məclisinin deputatları Belarus parlamentinin Nümayəndələr Palatasına (aşağı palata) keçiriləcək seçkiləri müşahidə edəcəklər.

AZƏRTAC xəbər verir ki, deputatlar Xanlar Fətiyev, Sahibə Qafarova və Tahir Mirkişili noyabrın 17-də Belarusda Nümayəndələr Palatasına keçiriləcək seçkilərlə bağlı səsvermə prosesini izləyəcəklər. Səsvermədən sonra Azərbaycan nümayəndə heyəti seçkilərin nəticələrinə dair açıqlama verəcək.

Qeyd edək ki, Belarus parlamentinin aşağı palatasında 110 yerə 520 namizəd qeydə alınıb. Belarusda seçicilərin sayı 6,8 milyon nəfərdir, ölkənin hüdudlarından kənarda isə 3,6 min seçici var. Seçkilərdə min nəfər beynəlxalq müşahidəçi iştirak edəcək. Ən böyük müşahidəçi qrupu MDB-ni və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edir. Seçkilərin gedişini, həmçinin 28 min yerli müşahidəçi izləyəcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.