SİYASƏT


Milli Məclisin deputatları Gənc Parlamentarilərin Forumunda iştirak edəcəklər

Bakı, 16 may, AZƏRTAC

Milli Məclisin deputatı, MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru Emin Hacıyev Gənc Parlamentarilərin Forumunda iştirak etmək üçün mayın 17-də Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Emin Hacıyev Gənc Parlamentarilərin Forumunun mayın 18-19-da keçiriləcək gənclərin iştirakçılığının müxtəlif istiqamətlərinə həsr olunmuş müzakirə panellərinə qatılacaq.

Forumun hibrid formatda keçiriləcək müzakirə panellərində Milli Məclisin deputatları Nigar Arpadarai və Könül Nurullayevanın onlayn formatda iştirakı və çıxışları gözlənilir.

Səfər çərçivəsində Emin Hacıyevin Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Gənclər Palatasının 10 illiyi ilə bağlı keçiriləcək “XXI əsr gəncliyi: irsin qorunması, əməkdaşlığın inkişafı, gələcəyə baxış” mövzusuna həsr edilmiş iclasında iştirakı və çıxışı da nəzərdə tutulub.

Səfər mayın 23-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.