SİYASƏT


Milli Məclisin deputatları MDB Parlamentlərarası Assambleyasının tədbirində iştirak edəcəklər

Bakı, 9 mart, AZƏRTAC

Milli Məclisin deputatları Rüfət Quliyev və İqbal Məmmədov Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) tədbirlərində iştirak etmək üçün martın 11-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Rüfət Quliyev qurumun nəzdində iqtisadiyyat üzrə ekspert şurasının, iqtisadiyyat və maliyyə daimi komissiyasının iclaslarına qatılacaq. İqbal Məmmədov MDB PA-nın nəzarət-büdcə komissiyasının toplantısında iştirak edəcək.

İqtisadiyyat və maliyyə komissiyasının iclasında “Xarici ticari fəaliyyətin dövlət tərəfindən tənzimlənməsi haqqında” model qanun, daxili su nəqliyyatı, vergi inzibatçılığı ilə bağlı model məcəllələr və digər layihələr müzakirə olunacaq, komissiyanın ötən il ərzində fəaliyyəti barədə hesabat təqdim olunacaq, təşkilati məsələlərə baxılacaq.

Milli Məclisin deputatları yığıncaqlarda müzakirə olunacaq məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini verəcəklər.

Səfər martın 14-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.