SİYASƏT
Milli Məclisin deputatları Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olublar
Daşkənd, 21may, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, bu ölkədə səfərdə olan Azərbaycan Milli Məclisinin deputatları Elman Nəsirov və Aydın Hüseynov, həmçinin Rusiyada yaşayan iş adamı Füzuli Məmmədov Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olublar.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi ziyarət olunub, önünə əklil və gül dəstələri düzülüb.
Sonra onlar mərkəzdəki Heydər Əliyev Muzeyi və Azərbaycan Dövlətçilik Tarixi Muzeyi ilə tanış olublar, Daşkənddə Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə buraxılan kitablardan ibarət sərgiyə baxıblar.
AMM-nin direktoru Samir Abbasov mərkəzin fəaliyyəti, burada həyata keçirilən layihələr haqqında məlumat verib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd