CƏMİYYƏT


Milli Məclisin deputatları Polad Həşimovun evinə gedərək ailə üzvlərinə başsağlığı veriblər

Bakı, 15 iyul, AZƏRTAC

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və komitənin üzvü olan deputatlar Jalə Əliyevə, Sədaqət Vəliyeva, Könül Nurullayeva, Tamam Cəfərova, Nigar Arpadarai, Pərvin Kərimzadə Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar nəticəsində döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun evinə gedərək anası Səmayə xanıma və ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət və səbir diləyiblər.

Bu barədə AZƏRTAC-a Milli Məclisdən məlumat verilib.

Deputatlar bildiriblər ki, Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisası alınıb və alınacaqdır. Komitə sədri Hicran Hüseynova qeyd edib ki, biz hazırda Ermənistanla, eyni zamanda, görünməyən düşmənlə - koronavirusla mübarizə aparırıq. Bu çətin zamanda insanların daha sıx birləşməsi lazımdır. Biz açıq bir hədəfə - düşmənlə mübarizəyə fokuslanmalıyıq. İnsanlar bunu başa düşməli, hər hansı təxribata uymamalıdır. Dünən bir qrup insanın etdiyi hərəkət canlarını bu torpaq, xalq uğrunda qurban verən şəhidlərin ruhuna hörmətsizlikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.