SİYASƏT
Milli Məclisin deputatları Qırğızıstanda parlament seçkilərini müşahidə edəcəklər
Bakı, 1 oktyabr, AZƏRTAC
Qırğız Respublikası parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov TürkPA-nın, deputatlardan Sədaqət Vəliyeva MDB İcraiyyə Komitəsinin, Rüfət Quliyev, İqbal Məmmədov və Milli Məclis sədrinin köməkçisi, MDB Parlament Assambleyasında Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov isə MDB PA-nın xətti ilə oktyabrın 1-dən 5-dək bu ölkədə səfər olacaqlar.
Bu barədə AZƏRTAC-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Deputatlarımız paytaxt Bişkek şəhərində bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin edilməsi, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaqlar.