SİYASƏT


Milli Məclisin deputatları Qroznı şəhərinin yaranmasının 200 illiyinə həsr olunan tədbirdə iştirak edəcəklər

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Milli Məclisinin deputatları Cavanşir Paşazadə, Malik Həsənov və Hüseynbala Mirələmov oktyabrın 5-də Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinə yola düşüblər.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Qroznı şəhərinin yaranmasının 200 illiyinə həsr olunan yubiley tədbirində iştirak etməkdir.

Səfər çərçivəsində deputatlarımız, həmçinin Qroznı şəhərinin tarixi ilə tanış olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.