SİYASƏT


Milli Məclisin iclasında “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi müzakirə olunacaq

Bakı, 5 mart, Əsəd Məmmədov, AZƏRTAC

Martın 6-da Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi dinləniləcək.

Deputatlar “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə məsələyə baxacaqlar.

“Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələri müzakirə ediləcək.

İclasda Su, Torpaq, Cinayət, İnzibati Xətalar məcəllələrində, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, ”Ovçuluq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Dərman vasitələri haqqında”, “Siyasi partiyalar haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də nəzərdən keçiriləcək.

Deputatlar, həmçinin “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsinə baxacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.