SİYASƏT


Milli Məclisin kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna 360 min manat ianə edib

Bakı, 12 oktyabr, AZƏRTAC

Milli Məclisin kollektivi Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 360 min manat pul vəsaiti köçürüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünə qoşularaq bu günlərdə Milli Məclisin Sədri, Sədr müavinləri, deputatlar, parlament Aparatının və İşlər idarəsinin kollektivləri Silahlı Qüvvələrə Yardım Fonduna 360 min manat ianə ediblər.

Şanlı Ordumuza onun qarşısında duran vəzifələrin yerinə yetirilməsində uğurlar diləyirik. Yeni-yeni zəfərlər müjdəsi ilə!

Biz birlikdə güclüyük!

Qarabağ Azərbaycandır!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.