SİYASƏT
Milli Məclisin komitə sədri Düşənbədə beynəlxalq konfransda iştirak edib
Düşənbə, 24 may, АZƏRTAC
Düşənbədə MDB dövlətlərinin qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə beynəlxalq konfrans keçirilib.
Konfransa MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının bu gün Düşənbədə keçiriləcək 20-ci toplantısında iştirak edəcək nümayəndələr, Tacikistanın nazirlik və baş idarələrinin rəhbərləri, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri, ekspertlər qatılıblar.
Konfransda ölkəmizi Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə təmsil edib.
Tədbirdə 2015-2019-cu illərdə qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində əməkdaşlıq proqramının icrası məsələləri ətraflı müzakirə edilib.
Həmçinin MDB dövlətlərinin nüfuzlu orqanları arasında miqrasiya sahəsində sıx qarşılıqlı əlaqələrin yaradılması, Birliyin normativ-hüquq bazasının potensialından geniş istifadə, miqrasiya sahəsində çalışan əməkdaşların ixtisasının artırılması məsələləri ilə bağlı müzakirələr aparılıb və bununla əlaqədar qətnamə qəbul edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə