CƏMİYYƏT


Milli Məclisin komitə sədrləri və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi Şuşa Xəstəxanasında olub

Bakı, 7 iyul, AZƏRTAC

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Milli Məclisin Səhiyyə və Əmək və sosial siyasət komitələrinin “Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar” mövzusuna həsr edilmiş birgə dinləmə keçirilib.

Milli Məclisdən AZƏRTAC-a verilən məlumata görə, dinləmə çərçivəsində Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov Şuşa Modul Tipli Xəstəxanasına gedərək xəstəxananın tibb heyəti və iş şəraiti ilə tanış olublar.

Görüş zamanı xəstəxana nümayəndəsi qonaqlara Şuşa Modul Tipli Xəstəxanası haqqında məlumat verərək burada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, anesteziologiya-reanimasiya şöbələrinin mövcud olduğunu deyib. Bildirilib ki, tibb personalının tərkibinə travmatoloq, ümumi cərrah, kardioloq, revmotoloq, anestezioloq-reanimatoloq, funksional diaqnostika həkimi, orta və kiçik tibb işçiləri, eləcə də qeyri-tibb işçiləri daxildir. Müasir palatalarla təmin olunan Şuşa Modul Tipli Xəstəxanasında mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunan xəstəxana həm ambulator, həm də stasionar tibbi xidmət göstərir. Vətəndaşlar burada İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində tibb xidmətlərdən yararlana bilirlər. Rəsmi qonaqlar eyni zamanda yeni tikiləcək Şuşa Xəstəxanasının ərazisinə də baş çəkiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.