MƏDƏNİYYƏT


Milli Məclisin mədəniyyət komitəsinin sədri istedadlı gənc rəssam və heykəltəraşlarla görüşüb

Bakı, 25 yanvar, AZƏRTAC

Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bir qrup istedadlı gənc rəssam və heykəltaraşla görüşüb, onların yaradıcılıq planları və qayğıları ilə maraqlanıb.

AZƏRTAC xəbər verir ki, Q.Paşayeva ölkə Prezidentinin 2021-ci ili “Nizami Gəncəvi İli”, Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsini, Xarı bülbül festivalının və Vaqif Poeziya günlərinin bərpasını yaradıcı insanlar, o cümlədən rəssamlar, heykəltaraşlar üçün də bir çağırış - yeni sənət üfüqlərinə dəvət olaraq xarakterizə edib.

Gənc heykəltaraş və rəssamları düşmən üzərində tarixi zəfərimizi öz duyğu və düşüncələri ilə ifadə etməyə səsləyən Qənirə Paşayeva, özünəxas ənənələri olan Azərbaycan heykəltaraşlıq və rəssamlıq məktəbinin sabahının bugünkü gənc nəsildən önəmli dərəcədə asılı olduğunu deyib, yaradıcı gənclərə uğurlar arzulayıb.

Görüşdə iştirak edən Azər Nəcəfov, Arslan Məmmədov, Nərmin İsmayılzadə, Süsən Heydərova, Gülü Baxşəliyeva və Elxan Zeynalov səmimimi görüş üçün mədəniyyət komitəsinin sədri Q.Paşayevaya təşəkkür ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.