Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb YENİLƏNİB

Bakı, 12 iyul, AZƏRTAC 

İyulun 12-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirildi. Gündəliyə 28 məsələ daxil idi.

AZƏRTAC xəbər verir ki, gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl Milli Məclisin Sədri Oqtay Əsədov parlamentin ATƏT PA-dakı nümayəndə heyətinə qurumun 28-ci illik sessiyasında yüksək səviyyədə fəaliyyət göstərdiklərinə görə təşəkkürünü bildirdi.

Sonra Milli Məclisin Sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova həmin sessiyanın gedişi və qəbul olunan sənədlər barədə millət vəkillərinə ətraflı məlumat verdi. Bildirdi ki, ATƏT Parlament Assambleyasının Lüksemburqda keçirilən 28-ci illik sessiyası “Təhlükəsizliyin təmin olunması üçün dayanıqlı inkişafın gücləndirilməsi: Parlamentlərin rolu” mövzusuna həsr olunmuşdu. Nümayəndə heyəti sessiyaya geniş spektrli hazırlıq mərhələsində əsas hədəfləri müəyyənləşdirmişdi.

ATƏT PA-nın Siyasi işlər və təhlükəsizlik komitəsində qəbul olunan qətnamənin siyasi əhəmiyyətindən bəhs edən vitse-spiker vurğuladı ki, Azərbaycan nümayəndə heyətinin səyləri nəticəsində həmin sənədin layihəsində regionda münaqişələrin həlli üçün tamamilə yeni yanaşmalar öz əksini tapdı, mövcud münaqişələrin dayanıqlı inkişaf və insan hüquqlarının təmini üçün əsas maneə olduğu xüsusi qeyd edildi. Belə ki, ATƏT və digər beynəlxalq təşkilatların ənənəvi yanaşmasından fərqli olaraq ilk dəfə Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova ərazisində olan münaqişələrə eyni yanaşmanın tətbiq olunmasının vacibliyi sənəddə öz əksini tapdı. Sessiyada iştirak edən Ermənistan nümayəndə heyəti Azərbaycanın adının bu siyahıdan çıxarılması üçün çox ciddi qarşıdurmalar nümayiş etdirdi, lakin Ermənistanın təklifi 6 lehinə, 47 əleyhinə olmaqla böyük səs çoxluğu ilə rədd edildi.

Bahar Muradova sessiyanın Yekun Bəyannaməsində əksini tapan müddəaları da diqqətə çatdırdı. Bildirdi ki, həmin sənəddə nəzərdə tutulur ki, ATƏT PA və üzv ölkələr bütün məsələlərə münasibətdə suveren bərabərlik, güc tətbiqinin yolverilməzliyi, sərhədlərin toxunulmazlığı, ölkələrin ərazi bütövlüyü, mübahisələrin sülh yolu ilə həlli, bir-birinin daxili işlərinə qarışmamaq, beynəlxalq hüququn vicdanla yerinə yetirilməsi və ölkələr arasında əməkdaşlıq prinsiplərinə uyğun çalışmalıdırlar. Qeyd etdi ki, bu səpkidə çalışmalar çağırış idi və sənədin əsas ruhunu ifadə edirdi, sənəddəki bütün məsələlər Azərbaycanın maraqları daxilindədir.

Azərbaycan nümayəndə heyətinin sessiyadakı daha bir uğurunu vurğulayan Bahar Muradova ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin yenidən 2022-ci ilədək bu vəzifəyə seçildiyini qeyd etdi.

ATƏT PA-nın sessiyası ilə əlaqədar məlumat dinlənildikdən sonra plenar iclasda gündəlikdəki məsələlərin müzakirəsi başlandı. Qanun layihələrini Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı təqdim etdilər.

Öncə üçüncü oxunuşda parlamentin müzakirəsinə verilmiş 19 məsələyə baxıldı. Qanun layihələri barədə məlumatlar dinlənildi və münasibət bildirildi.

Deputatlar “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” qanunlarda bütövlükdə cəmiyyət tərəfindən müsbət qarşılanmış dəyişiklikləri təsdiqlədilər.

Sonra parlament “Məhkəmələr və hakimlər haqqında” Qanunda və Vergi Məcəlləsində dəyişiklikləri qəbul etdi. “Dövlət satınalmaları haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişikliyə dair layihələr də ayrı-ayrılıqda səsə qoyuldu və qəbul olundu.

Plenar iclas Su Məcəlləsində, Mənzil Məcəlləsində və Vergi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Publik hüquqi şəxslər haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişikliklər edilməsinə müsbət münasibət bildirdi. Əmək Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər məqsədəuyğun sayıldı.

İclasda “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Gənclər siyasəti haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə məsələ səsvermə yolu ilə qəbul olundu.

Deputatlar İnzibati Xətalar və Gömrük məcəllələrində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” qanunlarda edilən dəyişikliyə dair məsələni qəbul etdilər. “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Arıçılıq haqqında”, “Reklam haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlarda edilən dəyişikliyə razılıq verdilər.

Sonra Milli Məclis Azərbaycan Hökuməti ilə Monteneqro Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlığa dair bu il mayın 3-də Bakıda imzalanmış Sazişi ratifikasiya etdi. Birinci vitse-spiker Ziyafət Əsgərov vurğuladı ki, Saziş Azərbaycanın milli maraqlarına tam cavab verir.

İclasda “Antikorrupsiya Orqanlarının və Ombudsmanların əməkdaşlığı üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Mərkəzinin (RCCACO) Nizamnaməsi” təsdiqləndi.

Komitə sədri Əli Hüseynli parlamentə məlumat verdi ki, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri 2020-ci ildən 2022-ci ilə dəyişdirilir. Bununla əlaqədar olaraq 7 digər qanunda həmin dəyişikliyin tətbiq olunması nəzərdə tutulur.

Deputatlar həmin qanunu qəbul etdilər. Sonra iclasda birinci oxunuşda müzakirəyə təqdim olunmuş qanun layihələrinə baxıldı.

Milli Məclisə bir zərfdə daxil olmuş iki qanun layihəsini şərh edən Əli Hüseynli bildirdi ki, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda və Mülki Məcəllədə edilən dəyişikliklər texniki xarakter daşıyır. Belə ki, notariat hərəkətlərinin aparılması sahəsində yeni müasir texnologiyaların tətbiqi ilə əlaqədar həmin qanuna “elektron notariat informasiya sistemi” ifadəsi əlavə olunur və beynəlxalq təcrübəyə uyğun olaraq sənəddəki “notariat kontoru” anlayışı “notariat ofisi” anlayışı ilə əvəz edilir. Nəzərə çatdırıldı ki, İnzibati Xətalar Məcəlləsinə əlavə olunan 391-1-ci maddəyə əsasən, fəaliyyətinə xitam verilmiş xüsusi notarius tərəfindən aparılmış notariat hərəkətləri barədə sənədlər 1 ay müddətində dövlət notariat arxivinə təhvil verilməlidir, əks təqdirdə 300 manatdan 500 manatadək məbləğdə cərimə tətbiq olunacaq.

Millət vəkilləri bu qanunların birinci oxunuşda qəbulunu məqsədəuyğun saydılar.

İclasda “Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun icrası məqsədilə “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə məsələyə baxıldı və qanun layihəsi birinci oxunuşda qəbul olundu.

Gündəlikdəki növbəti 3 qanun layihəsi Milli Məclisə bir zərfdə daxil olmuşdu. Onlardan ikisini şərh edən komitə sədri Aqiyə Naxçıvanlı bildirdi ki, “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda, həmçinin “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” qanunlarda nəzərdə tutulan dəyişikliklər 2018-ci il dekabr ayının 7-də qəbul olunmuş “Psixoloji yardım haqqında” qanuna uyğunlaşdırma xarakteri daşıyır.

Deputatlar həmin qanunları birinci oxunuşda müzakirə və qəbul etdilər.

Gündəliyin son məsələsinin təqdimatında nəzərə çatdırıldı ki, Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində edilən dəyişiklik isə “Psixoloji yardım haqqında” Qanunun icrası ilə əlaqədardır. Həmin qanunun 19.3-cü və 20.1-ci maddələrində müəyyən edilən qadağaların pozulmasına, habelə şəxsi psixoloji yardım almağa məcbur etməyə görə inzibati məsuliyyət müəyyənləşdirilir.

Məsələ səsə qoyuldu və bu qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi məqsədəuyğun sayıldı.

Müzakirələrdə vitse-spiker Valeh Ələsgərov, deputatlar Qüdrət Həsənquliyev, Azay Quliyev, Zahid Oruc, Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Bəxtiyar Əliyev, Aqil Abbas rəy və təkliflərini bildirdilər. Milli Məclisin deputatlarını “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıq hissi ifadə olundu, təşəkkür ünvanlandı.

Bununla da Milli Məclisin növbəti iclası başa çatdı. Spiker növbədənkənar sessiyasını bağlı elan etdi. Azərbaycanın dövlət himni səsləndirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir