Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçirilib YENİLƏNİB 2

Bakı, 5 avqust, AZƏRTAC

Avqustun 5-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclası parlamentin Sədri Sahibə Qafarova açıb.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Daha sonra Sədr iyulun 12-dən etibarən Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Deputatlar Vətən uğrunda canlarından keçən 12 igid şəhidimizin ruhunu ehtiramla yad ediblər.

Sədr Sahibə Qafarova dünən vəfat edən deputat, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun həyat yoluna qısa nəzər salıb. Onun tanınmış ictimai-siyasi və dövlət xadimi, Ağsaqqallar Şurasının sədri kimi fəaliyyətindən, dövlət siyasətinin dəstəklənməsi və təbliği sahəsində gördüyü işlərdən söz açıb.

Sədrin çıxışından sonra Fəttah Heydərovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gündəliyin təsdiqindən sonra məsələlərin müzakirəsinə başlanılıb.

Sahibə Qafarova bildirib ki, iclasın gündəliyinə daxil edilən ilk 3 məsələ 2020-ci il dövlət büdcəsinə və büdcə sisteminə daxil edilən sənədlərdəki dəyişikliklərlə bağlıdır və ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub. Sədr vurğulayıb ki, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına təsirləri, dünya bazarında neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinə yenidən baxılmasını zəruri edib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” sənədi birinci oxunuşda təqdim edib. Komitə sədri qeyd edib ki, yeni növ koronavirus infeksiyasının (COVID-19) dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyillərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub. İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Cari ilin mart ayından başlayaraq COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi və sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib. Ölkədə iqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin icrasında ahəngdarlığın, gəlirlər və xərclər arasında tarazlığın pozulması təhlükəsini yaradıb. Pandemiyanın diktə etdiyi keyfiyyətcə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, səhiyyə sahəsinin artan ehtiyacları, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət dəstəyinin göstərilməsinin davam etdirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması və digər dövlət ehtiyaclarının təmin edilməsi dövlət büdcəsinin xərclərinin artırılması ilə bağlı yeni çağırışları formalaşdırır. Komitə sədri bildirib ki, sadalanan səbəblərə görə 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə yeni tələbatlar ortaya çıxıb. Gəlir və xərclər arasında tarazlığı təmin etmək məqsədilə büdcə qaydasının 2022-ci il yanvarın 1-dək dayandırılması qərara alınıb.

Sonra iclasda iştirak edən Maliyyə naziri Samir Şərifov büdcə layihəsinə təklif edilən dəyişikliklər və azalmaların həcmi barədə geniş məlumat verib. Bildirilib ki, cari il üçün yenilənmiş makroiqtisadi proqnozlar əsas götürülməklə aparılmış hesablamalar əsasında 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 35,3 faizi həcmindədir. Pandemiyanın təsirlərinə baxmayaraq, dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Yaranan profisit 58 milyon proqnozlaşdırılırdı, amma 292 milyon manat profisit yaranıb. Büdcə xərcləri 107 milyon manat artıq icra edilib. 6 ay ərzində dövlət büdcəsinin xərcləri 11 milyard 731 milyon manat icra olunub. Xərclərin icrasında hər hansı geriləmə olmayıb. Nazir ÜDM-in azalmasının 5 faizdən az olmayacağını proqnozlaşdırdıqlarını bildirdi. Qeyd olunub ki, iqtisadiyyatın əksər sektorlarında geriləmələr müşahidə olunur. İcmal büdcənin kəsiri 8 milyard 436 milyon manat təşkil edəcək. Dövlət büdcəsindən dəstək proqramlarının həyata keçirilməsi üçün 600 milyon manat vəsait ayrılıb. Yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin digər daxilolmaları müvafiq olaraq 850 milyon manat artırılır. 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcək. Daxili bazarda istiqrazların yerləşdirilməsi üçün 190 milyon manat məbləğində vəsait nəzərdə tutulur.

Nazir çıxışında bildirib ki, Prezident İlham Əliyev tərəfindən vaxtında qəbul edilmiş qərarlar iqtisadiyyatda baş verəcək mənfi halların qarşısını alıb. Yaranmış sosial-iqtisadi vəziyyətin problemlərindən biri onun qeyri-müəyyənliyidir. Bu gün dünyada heç kim deyə bilməz ki, pandemiya nə qədər davam edəcək və insanların həyat tərzinə nə kimi təsir edəcək. Hökumət bu fikirdədir ki, iqtisadiyyatda çevik maliyyə buferləri yaradılsın və yarana biləcək təhdidlərin qarşısı alınsın. Həmin düzəlişlər edilərkən ölkəmizdə artan xərclərin makroiqtisadi sabitliyə xələl gətirməməsi məsələsi də nəzərə alınıb. Dövlətimiz bu həssas dönəmdə sərəncamında olan bütün ehtiyatlardan istifadə edir. ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun əvvəlki illərdən qalma ehtiyatlarından da istifadə olunur.

Gəlirlərin azalmasına neftin qiymətinin də təsirləri açıqlandı. Büdcənin gəlirlərinin hesablanması üçün büdcədə nəzərdə tutulan 55 dollar buna səbəb olur. Azərbaycanın dövlət büdcəsində növbəti 6 ay üçün neftin bir barelinin qiyməti 35 ABŞ dollarından götürülür.

Samir Şərifov çıxışında pandemiyanın yaratdığı bu həssas dövrü Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımızın arxada qoyacağına və yenidən inamla öz inkişaf yoluna davam edəcəyinə əminliyini ifadə edib.

Sonra Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, deputatlardan Erkin Qədirli, Fazil Mustafa, Azər Badamov, Əli Məsimli, Aydın Mirzəzadə, Musa Qasımlı, Fəzail Ağamalı 2020-ci il büdcə layihəsinə dəyişikliklərlə bağlı fikirlərini açıqlayıblar.

Sənəd birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Daha sonra Tahir Mirkişili “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib. Bildirilib ki, təqdim olunmuş sənədə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 4 milyard 785 milyon manat təklif olunur. Burada 41 milyon manat azalma müşahidə olunsa da, ilin əvvəlindən Fondun hesabında formalaşan 191 milyon manat vəsait qalığı ilə birlikdə sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat vəsaitin ayrılması gözlənilir.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sənədlə bağlı fikirlərini açıqlayaraq bildirib ki, sosial müdafiə büdcəsindəki 0,8 faizlik cüzi azalma ilin sonuna qədər vətəndaşların sosial müdafiə ödənişlərinə təsirsiz olacaq.

İclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qanun layihəsi ilə bağlı fikirlərini bildirib. Nazir dövlət tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən tədbirlərdən söz açıb. 2020-ci ilin birinci yarımilliyi üçün nazirliyin və Fondun gəlir və xərcləri ilə bağlı göstəriciləri açıqlayıb. Nazir vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “2019–2030-cu illər üçün Məşğulluq Strategiyası”nda müəyyən edilmiş hədəflərə uyğun olaraq, nazirlik tərəfindən əmək bazarının inkişafı, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görülüb və bu tədbirlər davam etməkdədir.

Sahil Babayev qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun 2020-ci ilin birinci yarımilliyi üçün xərcləri 2 milyard 395 milyon manat proqnozlaşdırılmışdır. Ötən ilin analoji dövrü ilə müqayisədə 453 milyon manat və ya 24 faiz artım olub, xərclərin 98 faizi əhaliyə ödənişlərin payına düşüb. Əhaliyə ödənişlərin məbləği 2 milyard 296 milyon manat təşkil edib. Əmək pensiyalarının maliyyələşdirilməsi üçün sərf edilən vəsait 2019-cu ilin müvafiq dövrü üzrə faktiki xərclərə nisbətən 436 milyon manat və ya 24 faiz çox olub.

Nazir sosial müdafiə sahəsində xərclərin optimallaşdırılması, effektiv idarə olunması, şəffaflığın təmin edilməsi və əsassız xərclərin qarşısının alınması nəticəsində ciddi maliyyə qənaətlərinin əldə olunduğunu diqqətə çatdıraraq deyib: “İndeksasiya göstəriciləri tətbiq edildikdə son 2 ildə pensiya xərcləri üzrə qənaətin həcmi ümumilikdə 238 milyon manatdır. 2019-cu ildə büdcəyə 320 milyon manat vəsait qaytarılmaqla yanaşı, Fondun fəaliyyət tarixində ilk dəfə olaraq 197 milyon manat həcmində maliyyə ehtiyatı formalaşdırılıb”.

Saxta əlillik işlərinin ləğv olunması sahəsində aparılan işləri qeyd edən nazir deyib ki, aktuar hesablamalara əsasən, müəyyən edilmişdir ki, həmin saxta işlər üzrə ödənişlərin davam etdirilməsi Fondun büdcəsindən 735 milyon manat həcmində əsassız ödənişin həyata keçirilməsinə səbəb ola bilərdi.

Nazir qeyd edib ki, aparılmış bu islahatlar nəticəsində ölkəmiz minimum pensiyanın məbləğinə görə MDB ölkələri arasında alıcılıq qabiliyyəti indeksi üzrə 1-ci yerdə, orta aylıq pensiyanın məbləğinə görə isə 2-ci yerə çıxıb.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Razi Nurullayev, Vüqar Bayramov və Fazil Mustafanın sənədlə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq təsdiq edilib.

Fasilədən sonra “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Qanuna təklif olunan dəyişikliklər də birinci oxunuşda müzakirə edilib. Sənədlə bağlı fikirlərini bildirən Tahir Mirkişili bildirib ki, Fondun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərclərinin 151,2 milyon manat məbləğində təsdiq edilməsi təklif olunur. Bu isə o deməkdir ki, cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23 milyon manat və ya 18 faiz çoxdur. Həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əməkhaqqı fondunun artması da pandemiya şəraitində işsizlikdən sığorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan verib.

İşsizlikdən Sığorta Fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli şəkildə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaq.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev rəhbərlik etdiyi komitənin layihə ilə bağlı rəyinin məqbul olduğunu diqqətə çatdırdı. Deputat Əli Məsimli də sənədlə bağlı fikirlərini bildirib.

Sənəd səsə qoyularaq qəbul edilib.

Sonra Musa Quliyev “Məşğulluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi birinci oxunuşda şərh edib. Bildirilib ki, Qanunun 14 maddəsinə 48 dəyişiklik təklif olunur. Dəyişikliklərdə məşğulluğun əlçatanlığının təmin edilməsi, peşə hazırlığı, ictimai işlərə cəlb olunan əhalinin daha geniş təbəqəni əhatə etməsi və digər məqamlar öz əksini tapıb. Qanunun 4-cü maddəsinə edilən düzəlişlərə əsasən, 8 istiqamət üzrə məşğul şəxslərin dairəsi və məşğul şəxslərin elektron reyestrinin yaradılması müəyyən edilib. Ötən müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Məşğul şəxslərin reyestri” yaradılıb və 25 elektron informasiya sistemi üzərindən bu kateqoriyadan olan şəxslərlə bağlı məlumatlar tam elektron şəkildə aidiyyəti dövlət orqanlarının elektron məlumat bazalarından əldə olunur. Bunu nəzərə alaraq, “Məşğul şəxslərin reyestrinin” formalaşdırılması ilə bağlı kağız daşıyıcıda məlumatların təqdim olunması ilə bağlı müddəalar ləğv olunur və müvafiq məlumatların müvafiq dövlət informasiya sistemlərindən əldə olunması təklif olunur.

Sənədlə bağlı Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitə sədrləri Sadiq Qurbanov, Qənirə Paşayeva, deputatlar Nigar Arpadarai, Sabir Rüstəmxanlı, Vüqar Bayramov fikir və təkliflərini bildirdilər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda təsdiqləndi.

Sonra “İşsizlikdən sığorta haqqında” Qanuna edilən dəyişikliklər barədə məlumat verən Musa Quliyev deyib ki, ümumilikdə Qanunun doqquz maddəsinə 20 dəyişiklik təklif olunur. Layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb. Layihəyə əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı 3 ildən 1 ilədək azaldılır.

Sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, ölkəmizdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ yaradılması təklif olunur. Təklifə əsasən, sığorta ödənişinin təyin edilməsi üçün şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalı, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə uyğun olaraq xitam verilməlidir. Sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay keçdikdən sonra ödəniləcək, bir şərtlə ki, bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmasın. Sığorta ödənişi 3 ay müddətinə təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar sığorta ödənişinə yol verilməyəcək. Qeyd edilən mexanizm tətbiq olunacağı təqdirdə il ərzində 35-40 minədək işsiz şəxsin sığorta ödənişinə cəlb edilməsi mümkün olacaq. Eyni zamanda, layihədə işsizlikdən sığorta ödənişinin elektron təyinatı mexanizminin yaradılması təklif olunur.

Bundan başqa, müxtəlif iqtisadi faktorlardan asılı olaraq, ölkədə əmək bazarında baş verən dəyişikliklərlə bağlı məşğulluq tədbirlərinin çevik maliyyələşdirilməsi üçün İşsizlikdən sığorta fondunun büdcəsinin gəlir və xərcinin qanunla, gəlir və xərc istiqamətlərinin isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi təklif olunur.

Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirilib ki, Məcəllənin dispoziyasına (540-cı maddə) təklif olunan dəyişiklik “Məşğulluq haqqında” Qanuna dəyişikliklə üzvi surətdə bağlıdır. Ailə, kəndli, fermer təsərrüfatlarının üzvləri barədə məlumatların elektron kənd təsərrüfatı sistemində yerləşdirilməsi, onların uçotunun aparılması, bələdiyyələr üçün əlavə informasiya sisteminin yaradılması sahəsində pozuntuların inzibati məsuliyyət yaradan halları ilə bağlıdır.

Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.

Bununla da Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başa çatdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub