Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin növbəti plenar iclası keçirilib

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 13-də parlamentin sədri Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə 19 məsələdən ibarət gündəlik təsdiqlənib.

“Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə məlumat verən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənədə əlavə olunan 73.9-cu maddəyə əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan seçilmiş hakimin statusu Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulacaq. Bu dəyişiklik Avropa Məhkəməsinə seçilmiş hakimin Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulmuş təminatlardan istifadəsinə hüquqi əsas yaradır. Sənəd səsə qoyulub və qəbul edilib.

Sonra iclasda Ramiz Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, Qasım Əliyevin isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələlərinə baxılıb. Milli Məclis hər iki təyinata razılıq verib.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nə dair hesabatı parlamentə ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşməsində Milli Məclisin qəbul etdiyi qanunların əhəmiyyətini xüsusi vurğulayan məruzəçi bildirib ki, 2017-ci ildə qəbul edilmiş “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” Qanun, həmçinin bələdiyyələrin maliyyəsinin əsasları, bələdiyyə qulluğu, yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında qanunlara edilmiş dəyişikliklər bu sahədə şəffaflığın artmasına, əmək münasibətlərinin tənzimlənməsinə şərait yaradıb.

Ədliyyə Nazirliyi Milli Məclisin Regional məsələlər komitəsi və Bələdiyyələrin Milli Assosiasiyaları ilə birgə regionlarda təşkil edilən konfranslarda bələdiyyə üzvlərinin və qulluqçularının fəal iştirakını, eləcə də bələdiyyələrin işinə inzibati nəzarətin həyata keçirilməsini təmin edib. 2017-ci ildə 220 maarifçilik tədbiri keçirilib. Həmin tədbirlərə 9 min 649 bələdiyyə üzvü və qulluqçusu cəlb olunub.

Deputatlara məlumat verilib ki, hesabat dövründə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılıb. Şikayətlər əsasında araşdırmalar aparılıb, müvafiq tədbirlər görülüb. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə daxil olan 64 min 788 bələdiyyə aktının hər biri hüquqi ekspertizadan keçirilib, qanunvericiliyə uyğunluğu yoxlanılıb. 1979 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün müraciət olunub, 740 akt ləğv edilib, 714 akt dəyişdirilib.

Nazir müavini bələdiyyələrin fəaliyyətində rast gəlinmiş nöqsanlardan da söz açıb. Torpaq sahəsinin qanunsuz icarəyə verilməsi, bələdiyyə vəsaitlərinin mənimsənilməsi, büdcə vəsaitlərinin qanunsuz silinməsi və digər məsələlərlə bağlı qanun pozuntuları ilə bağlı 15 fakt üzrə cinayət işi başlanıldığını qeyd edib. Vurğulanıb ki, ümumilikdə ötən il torpaq qanunvericiliyinin pozulması halları 2016-cı ilə nisbətən 3 dəfədən çox azalıb.

İllik məruzə dinlənildikdən sonra müzakirələr başlanıb. Deputatlar Elmira Axundova, Əli Məsimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Qənirə Paşayeva, Kamran Bayramov, İsa Həbibbəyli məruzə haqqında fikirlərini bildiriblər. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2017-ci ildə səmərəli fəaliyyət göstərdiyi qeyd olunub.

Səsvermə yolu ilə parlament bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini qəbul edib.

Sonra iclasda Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini təqdim edib. Diqqətə çatdırıb ki, bu sənəd 3 komitənin – Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında ətraflı müzakirə olunub. Qanun layihəsi Prezident Sərəncamına əsasən təşkil edilmiş işçi qrupu tərəfindən hazırlanıb. 5 fəsil, 30 maddədən ibarət qanun layihəsini geniş şərh edən işçi qrupunun rəhbəri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov qeyd edib ki, sənəd hazırlanarkən mütəxəssislər, hüquqşünas və ekspertlər dünyada gedən proseslərə ciddi diqqət yetiriblər. Azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb.

Məlumat dinlənildikdən sonra birinci oxunuşda müzakirələrə başlanıb. Sənədin əhəmiyyətini yüksək dəyərləndirən deputatlar Əli Məsimli, Tahir Kərimli, Qüdrət Həsənquliyev, Aydın Hüseynov, Mahir Abbaszadə təkliflərini səsləndiriblər. Layihə konseptual baxımdan məqbul sayılıb. Çıxışlarda “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini hazırlayan işçi qrupuna təşəkkür ifadə olunub.

Fasilədən sonra qanun layihəsinin müzakirəsi davam etdirilib. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qeyd edib ki, Ələt azad iqtisadi zonasının fəaliyyəti ölkəmizin ixrac potensialını gücləndirəcək, iqtisadiyyatın inkişafına və rəqabətqabiliyyətliliyinin artmasına təkan verəcək. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli vurğulayıb ki, azad iqtisadi zonaların yaradılması və belə bir qanunun qəbul edilməsi iqtisadiyyatın inkişafının və liberallaşdırılmasının indiki mərhələsində irəliyə doğru atılmış çox böyük addımdır. Deputatlar Elşən Musayev, Şəmsəddin Hacıyev, İlham Əliyev qeyd ediblər ki, layihə azad iqtisadi zonaların fəaliyyəti üçün müvafiq hüquqi təminat yaradacaq, azad iqtisadi zonaların fəaliyyəti əhalinin məşğulluğuna da töhfə verəcək.

Fikir mübadiləsinə yekun vuran Valeh Ələsgərov deputatları narahat edən məqamlara aydınlıq gətirib, bu sahədə mövcud beynəlxalq qanunvericiliyə istinadən sualları cavablandırıb.

İclasda “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra parlamentdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan hökuməti ilə Benilüks Dövlətləri hökuməti arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Sazişi şərh edib. Sənəd təsdiq olunub.

İclasda iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan hökuməti ilə Macarıstan hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında” Saziş barədə məlumat verib. Milli Məclis sənədi ratifikasiya edib.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun şərhi dinlənildikdən sonra parlament “Energetika haqqında”, “Elektroenergetika haqqında”, “Elektrik və istilik stansiyaları haqqında” və “Qaz təchizatı haqqında” qanunlara təklif olunan dəyişiklikləri qəbul edib.

İclasda Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Meliorasiya və irriqasiya haqqında”, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanun layihələrinə təklif olunan dəyişikliklər barədə məlumat veriblər. Bildirilib ki, hər iki sənəd qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyır, ötən il Su Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlıdır. Deputatlar hər iki qanun layihəsinin qəbulunu məqsədəuyğun sayıblar.

Plenar iclasda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5-ci və 20-ci maddələrinə dəyişiklik edilməsi barədə qanun layihələri də qəbul olunub.

Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə məlumat verib. Deputatlar qanunun lehinə səs veriblər.

Plenar iclasda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsini şərh edən komitə sədri Əli Hüseynli bildirib ki, 598-ci maddədə söhbət cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulduğu hallardan gedir. Məcəlləyə edilən bu dəyişiklik Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) tövsiyəsinin icrası məqsədilə hazırlanıb. Milli Məclis qanunun qəbul edilməsini məqsədəuyğun hesab edib.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi barədə məlumat verib. Bildirib ki, 8 fəsil, 40 maddədən ibarət qanun layihəsi komitənin iclasında ictimaiyyətin və əlillərin iştirakı ilə geniş müzakirə olunub və təqdir edilib.

Müzakirələrdə belə bir qanunun vacibliyini önə çəkən deputatlar Fazil Mustafa, Tahir Rzayev, Elşən Musayev, Jalə Əliyeva, Qənirə Paşayeva, Hikmət Məmmədov irad və təkliflərini bildiriblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deputatları maraqlandıran suallara cavab verib.

Yekunda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi səsə qoyulub və konseptual baxımdan birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb YENİLƏNƏCƏK

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb