Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin növbəti plenar iclası keçirilib

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 7-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəlik barədə məlumat verib. Bildirib ki, iclasın gündəliyinə 21 məsələ daxildir. Dekabrın 7-də Azərbaycanın ilk parlamentinin ilk iclasının keçirilməsindən 100 il ötdüyünü deyən Milli Məclisin sədri bu münasibətlə deputatları təbrik edib.

Əvvəlcə cari məsələlər müzakirə olunub.

Sonra gündəlikdəki məsələlərə baxılıb.

İlk olaraq Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə sənədi ikinci səsverməyə təqdim edib. Bildirilib ki, Qanuna “Ələt azad iqtisadi zonası haqqında” Qanunla müəyyən edilmiş hallarda zona ərazisində bu Konstitusiya Qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə malikdir.” məzmunlu yeni 5.4-cü maddə əlavə edilir. Sənəd səsvermə yolu ilə təsdiqlənib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentdə üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Aviasiya haqqında”, “Dövlət borcu haqqında”, “İnzibati icraat haqqında” qanunlarda, eləcə də Cinayət Prosessual və İnzibati Xətalar məcəllələrinin müvafiq maddələrində təklif olunan dəyişikliklərə dair məsələləri şərh edib. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Psixoloji yardım haqqında” qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, layihə Milli Məclis rəhbərliyinin tapşırığı və Səhiyyə komitəsinin təşəbbüsü ilə yaradılan işçi qrupu tərəfindən hazırlanıb. Ölkədə psixologiya sahəsinin tanınmış mütəxəssisləri iş prosesində yaxından iştirak ediblər. Dünya ölkələrinin bu sahədə təcrübəsi öyrənilib. Sənədə parlamentin plenar iclasında birinci və ikinci oxunuşda baxılıb və təqdim olunan bir sıra təkliflər nəzərə alınıb. Diqqətə çatdırılıb ki, sənəd Azərbaycanda psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər psixoloji yardım sahəsində ölkə vətəndaşları ilə bərabər hüquqlara malikdirlər. Qanunda psixoloji profilaktika və maarifləndirmə, psixoloji məsləhət, psixoloji dəstək, psixoloji diaqnostika, psixoterapiya, psixoloji reabilitasiya və psixoloji korreksiya, psixoloji ekspertiza, psixoloji treninq, psixoloji yardımın növləri olaraq təsbit olunur. Dövlət vətəndaşların vaxtında, keyfiyyətli psixoloji yardım almaq hüququna təminat verir. Psixoloji yardımın göstərilməsi könüllülük, konfidensiallıq, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Şəxsin psixoloji vəziyyəti və ona göstərilən psixoloji yardım haqqında məlumatlardan sərbəst istifadə hüququ onun özünə və qanunla nəzərdə tutulmuş hallarda buna icazə verilən şəxslərə məxsusdur. Sənəd səsə qoyularaq təsdiqlənib.

Sonra hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Sənəd səsvermə yolu ilə təsdiq olunub.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı “Uşaq hüquqları haqqında” və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, Qanunda edilməsi nəzərdə tutulan dəyişikliklər “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası 2017-ci il 14 aprel tarixli Qanuna uyğunlaşdırma məqsədi daşıyır.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Sahibkarlıq fəaliyyəti haqqında” və “Çayçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri barədə məlumat verərək bildirib ki, bu sənədlər Azərbaycan Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında komitəyə daxil olub. Qeyd edilib ki, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” ölkə Prezidentinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilib. Həmin Fərmanla Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi və Fondun vəsaitindən istifadə qaydası təsdiq edilib. Diqqətə çatdırılıb ki, hər iki qanun layihəsində edilən dəyişikliklər adıçəkilən Fərmana uyğun olaraq İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusunda olan Sahibkarlığın İnkişafı Fondunun yaradılması ilə bağlıdır və sənədlərdə “Sahibkarlığa Kömək Milli Fondu” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının” sözləri ilə əvəz edilir. Sənədlər səsə qoyularaq qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Avtomobil yolları haqqında” Qanunda dəyişiklik edilməsi barədə məlumatında vurğulayıb ki, sənədin 6, 21, 27 və 59-cu maddələrində dəyişiklik edilməsi zərurəti Azərbaycan Prezidentinin “Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 2 aprel tarixli Fərmanının icrası məqsədilə hazırlanıb. Milli Məclisin deputatları həmin dəyişiklikləri razılıqla qarşılayıblar.

İclasda “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənəd ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi ikinci oxunuşda təqdim edərkən bildirib ki, təklif edilən dəyişikliyin məqsədi məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyin elektron qaydada qeydiyyata alınmasının hüquqi mexanizminin müəyyən edilməsindən ibarətdir. Sənəd səsə qoyularaq təsdiq olunub.

Sonra Əli Hüseynli Mənzil və İnzibati Xətalar Məcəllələrində dəyişiklik edilməsi haqqında sənədləri ikinci oxunuşda şərh edib. O, vurğulayıb ki, hər iki sənəddə edilən dəyişiklik qanunvericiliyin təkmilləşdirilməsi, terminlərin dəqiqləşdirilməsi, çoxmənzilli binaların, tikintisi və ya yenidən qurulması tam başa çatmış kooperativ binaların idarə olunması ilə bağlı mexanizmləri təkmilləşdirmək məqsədi ilə hazırlanıb. Hər iki sənəd ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Əli Hüseynli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib. Deputatlar qanunvericiliyin uyğunlaşdırılması məqsədilə sənədin 12 və 14-cü maddəsinə təklif olunan dəyişikliyə də razılıq verdilər. Sənəd ikinci oxunuşda qəbul edilib.

Komitə sədri Əli Hüseynli Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında sənədlə bağlı məlumatında deyib ki, 2016-cı ilin sentyabrında ölkəmizdə keçirilmiş referenduma əsasən Konstitusiyada bir sıra dəyişikliklər edilməsi nəticəsində Seçki Məcəlləsində mövcud olan 178.1-ci maddə ilə ziddiyyət meydana gəlib. Belə ki, növbədənkənar Prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında yox, 7 il əvvəl Prezident seçildiyi tarixdə bitir. Həmin ziddiyyətin aradan qaldırılması üçün məcəllədə dəyişiklik edilməsi zərurəti yaranıb. Milli Məclisin deputatları Seçki Məcəlləsində dəyişikliyə dair qanun layihəsini ikinci oxunuşda məqbul sayıblar.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, Məcəllənin dərman vasitələri haqqında qanunvericiliyin pozulması ilə bağlı 221-ci maddəsinə bir sıra əlavələr nəzərdə tutulub. Əlavələrə əsasən, dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qeyd olunan xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədildikdə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məcəllənin 452-ci maddəsinə təklif olunan əlavələrdə isə göstərilir ki, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Bu xəta təkrar törədildikdə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

Sənəd ikinci oxunuşda səsə qoyularaq təsdiq olunub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna təklif olunan dəyişikliklər “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 23 fevral tarixli Qanunun icrası məqsədilə hazırlanıb. Belə ki, Azərbaycanın tərəfdar çıxdığı “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nə əsasən ölkəmizdə beynəlxalq daşımaları həyata keçirən sürücülərin iş və istirahət rejiminə nəzarətin təşkili və bu məqsədlə rəqəmsal taxoqrafların tətbiqi nəzərdə tutulub. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.

İclasın sonunda Ziyad Səmədzadə “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi də ikinci oxunuşda təqdim edib. Qeyd olunub ki, son illərdə ölkənin maliyyə və bank sektorunda baş verən proseslər sığorta sektoruna da təsirsiz ötüşməyib, nəticədə 2 sığorta şirkətinin müflis olmasına, 4 sığorta şirkətinin könüllü olaraq bağlanmasına, bəzi sığorta şirkətlərinin isə maliyyə dayanıqlığı riski ilə üzləşməsinə səbəb olub. Sığorta münasibətlərini tənzimləyən mövcud qanunvericilikdə sığorta və təkrarsığorta şirkətlərinin məcburi və könüllü ləğvetmə prosesinin əhatə olunmasına baxmayaraq, onların sağlamlaşdırılması ilə bağlı müddəa mövcud deyil. Komitə sədri sənədə təklif olunan dəyişikliklərin kapital tələblərinə cavab verməyən sığorta və təkrarsığorta şirkətlərinə vaxtında müdaxilə edilməsi, həmin şirkətlərin iflasdan xilas edilməsi və iflasa getdiyi təqdirdə istehlakçıların hüquqlarının qorunması məqsədi ilə şirkətin vəsaitlərinin qorunması üçün hüquqi əsas yaradır.

Sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin iclası öz işini başa çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar

Misirin aparıcı media nümayəndələri ilə görüş olub

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Nyu-York metrosunda zorakılıq halları artıb

“Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert

Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır

Nizamişünas alimin məqaləsi Türkiyədə çap edilib

Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır

“AzInTelecom”un “Hökumət Buludu” layihəsi “WSIS-204” müsabiqəsində iştirak edir

Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

“Ulu Öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər

BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər

Tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə çatıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Seulda avtobus sürücülərinin tətili başlayıb

Salyanda məktəb direktoru işdən çıxarılıb

Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək

Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

DİN: Martın 27-də 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mərkəzi Bank uçot dərəcəsini endirib

Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib

Süni intellekt Rusiyada meşələrin qanunsuz qırılması hallarını aşkar edəcək

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Mingəçevir Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək

Naxçıvanda yolda qaya uçqunu baş verib

Akademik: Azərbaycan cəmiyyətinin sonrakı inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib

TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır

® Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tibb kolleclərinin tələbələri üçün növbəti təlim keçirilib

Ötən gün götürülən silah-sursatın sayı açıqlanıb

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək

Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Dendrologiya İnstitutu Qazax Milli Universiteti ilə əməkdaşlıq edəcək

Çində Asiya naminə Boao Forumunun illik konfransı keçirilir VİDEO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB

Ağır vəziyyətdə müalicə ocağına çatdırılan xəstə həkimlərin qayğısı sayəsində sağalıb

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub

FHN: Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb VİDEO

Əmək bazarı bülleteni hazırlanıb

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Dünya birjalarında neft bahalaşıb

Bakıda “Towards COP29” şüarı ilə “Dayanıqlı Tikinti Zirvəsi” adlı tədbir keçiriləcək

Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Dövlətin və xalqın təhlükəsizliyi ilə bağlı 105 il VİDEO