Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin növbəti plenar iclası keçirilib

Bakı, 5 may, AZƏRTAC

Mayın 5-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Spiker gündəliyə 11 məsələnin daxil edildiyini bildirib.

Gündəlik təsdiqləndikdən sonra parlament Ali Məhkəmənin və Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin təyin edilməsi, bir sıra məhkəmələrin hakimlərinin isə vəzifədən azad olunması haqqında məsələlərə baxıb. Hər üç məsələni parlamentə Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.

Bildirilib ki, Azərbaycan Prezidenti tərəfindən Konstitusiyaya müvafiq olaraq və Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınmaqla Ali Məhkəmənin və Bakı Apellyasiya Məhkəməsi hakimlərinin vəzifəyə namizədliyi irəli sürülüb. Bu məsələ komitənin iclasında ciddi müzakirə olunub, son dövrlərdə məhkəmə-hüquq islahatları çərçivəsində görülən işlər təhlil edilib. Komitə üzvləri mövcud vəziyyət, hakim korpusunun fəaliyyəti, problemlər, islahatların gələcəyi barədə hakimliyə namizədlərlə birgə qarşılıqlı fikir mübadiləsi aparıblar.

Birinci vitse-spiker deputatlara məlumat verib ki, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı Prezident Fərmanının icrası ilə əlaqədar son dövrlər 40-dan çox yeni normativ akt layihəsi hazırlanıb, həmin sənədlərin çoxu Milli Məclis tərəfindən artıq qəbul olunub. Eyni zamanda, ölkəmizdə bu dövr ərzində 12 yeni məhkəmə yaradılıb, kommersiya məhkəmələri bu il yanvar ayının 1-dən fəaliyyətdədir. Hakimlərin təminatının yaxşılaşdırılması, ölkədə vahid məhkəmə təcrübəsinin yaradılması ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilib. Hakim ştatlarının sayı 200 vahid artırılıb, onların seçilməsi prosesi davamlı xarakter alıb, fasiləsiz seçimin aparılması proseduru yaradılıb.

Əli Hüseynli hakimliyə namizədlər barədə ətraflı məlumat verdikdən sonra deputatlar Siyavuş Novruzov, Aydın Mirzəzadə, Musa Quliyev, Sadiq Qurbanov, Vahid Əhmədov, Hicran Hüseynova, Səməd Seyidov namizədlikləri təqdim olunmuş şəxslərin iş təcrübələri, mənəvi keyfiyyətləri barədə fikirlərini bölüşüblər.

Sonra səsvermə keçirilib. Milli Məclis Kəmalə Abiyeva, Zaur Əliyev, Vüqar Həsənov, Abiddin Hüseynov, İsmayıl Xəlilov, Elşad Şamayev, İspəndiyar Şəfiyev, Aqil Abbasov, Ələsgər Novruzov, Çingiz Əsgərov, Bəhman Qəribov və Bəhram Məmmədlinin Ali Məhkəmənin hakimləri təyin olunmasına razılıq verib.

Vəfaddin İbayev, Akif İsgəndərov, Əli Seyfəliyev, Qürbət Əsgərov, Ramin Qurbanov, Ziya Şirinov, Anar Tanrıverdiyev, Emin Mehdiyev, Rəşad Həsənov Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər.

Aslan Kalbalıyev Ali Məhkəmənin, İlham Əhmədov Bakı Apellyasiya Məhkəməsinin, Fehruz Abbasov Şirvan Apellyasiya Məhkəməsinin, Mübariz Hüseynov isə Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifələrindən azad olunublar.

Plenar iclasda gündəlikdəki növbəti məsələlərin müzakirəsinə keçməzdən əvvəl günün aktual məsələlərinə münasibət bildirilib.

Əvvəlcə Milli Məclisin Sədri Sahibə Qafarova Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında dünən keçirilən Zirvə görüşünə diqqət yönəldib. Qeyd edib ki, videokonfrans vasitəsilə keçirilən Zirvə görüşü koronavirusa qarşı mübarizəyə həsr olunmuşdu.

Spiker vurğulayıb ki, 40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarının, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünə dəstək verməsi və “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünə qatılması bir daha Azərbaycanın və onun liderinin beynəlxalq nüfuzunun çox yüksək olduğunu göstərib. Qeyd edib ki, pandemiya şəraitində ölkələr və təşkilatlar arasında həmrəylik və əməkdaşlıq böyük önəm daşıyır. Bu qlobal bəlanın yayılmasının qarşısının alınması və onun fəsadlarının aradan qaldırılması Qoşulmama Hərəkatına üzv olan dövlətlərin də qarşısında duran ən mühüm vəzifələrdən biridir. Ona görə də hesab edirəm ki, möhtərəm Prezidentimizin təşəbbüsü ilə belə bir Zirvə görüşünün keçirilməsi koronavirus pandemiyasına qarşı mübarizədə həmrəylik baxımından çox vacibdir və bütün dövlətlərin səylərinin birləşdirilməsinə daha bir çağırışdır.

Çıxışının yekununda Sahibə Qafarova əminliklə qeyd edib ki, Azərbaycan öz təşəbbüsləri ilə qlobal əməkdaşlıq üçün mühüm platforma və körpü yaradır.

Sonra iclasda Fazil Mustafa, Musa Qasımlı, Razi Nurullayev, Azay Quliyev, Sabir Rüstəmxanlı, Sahib Alıyev, Elman Nəsirov, Əli Məsimli, Siyavuş Novruzov, Qənirə Paşayeva, Zahid Oruc bir sıra cari məsələlərə toxunub, rəy və təkliflərini bildiriblər.

Gündəlikdəki növbəti beş məsələ beynəlxalq sənədlərin təsdiqi haqqında qanun layihələri idi. “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsini Milli Məclisə Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdim edib. Bildirib ki, bu konvensiya 1958-ci il dekabrın 3-də Parisdə UNESCO tərəfindən qəbul edilib, 1961-ci il noyabrın 23-də qüvvəyə minib və indiyədək 47 dövlət tərəfindən ratifikasiya edilib. Konvensiyanın 14-cü maddəsinə əsasən dövlətlər bu sənədi öz milli qanunvericiliklərinə uyğun qəbul və ya ratifikasiya edirlər. Sənəd konvensiyanın iştirakçısı olan dövlətlərin hökumət orqanları və kommersiya məqsədi daşımayan təhsil, elm, texnika və mədəniyyət profilli qeyri-hökumət qurumları arasında nəşrlərin mübadiləsini ehtiva edir. Mübadilə obyektləri kimi təhsil, hüquqi, elmi-texniki, mədəniyyət və informasiya sahəsi üzrə nəşrlər nəzərdə tutulur. Konvensiya məxfi sənədlərə, sirkulyar məktublara şamil edilmir.

Komitə sədri vurğulayıb ki, Azərbaycan bu konvensiyaya xüsusi qeyd-şərtlə qoşulur və bəyan edir ki, UNESCO-nun “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyasının müddəaları Ermənistan Respublikasına münasibətdə Azərbaycan tərəfindən tətbiq olunmayacaq. Həmçinin Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə (Azərbaycanın Dağlıq Qarabağ regionunda və ona bitişik 7 rayonunda) həmin ərazilər işğaldan azad edilənədək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermir.

Fikir mübadiləsində deputatlar Musa Qasımlı, Etibar Əliyev, Jalə Əliyeva, Əli Hüseynli sənədin əhəmiyyətindən bəhs ediblər. Qanun layihəsinin təqdimatı və müzakirəsi zamanı UNESCO ilə əməkdaşlıq əlaqələrimizin möhkəmlənməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd olunub. Milli Məclis konvensiyanın ratifikasiyasına razılıq verib.

Gündəlikdəki növbəti 3 qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Bildirib ki, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisindən tranzit qaydası haqqında 1999-cu il 4 iyun tarixli Sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiqinə dair qanun layihəsi ölkənin suveren iqtisadi maraqlarına xidmət edir. Məlumat dinlənildikdən sonra sənəd səsə qoyulub və qəbul edilib.

Deputatların nəzərinə çatdırılıb ki, “Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydası haqqında 1999-cu il 8 oktyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə” sənəd üzv ölkələrin ümummilli maraqlarını daha da önə çəkmək məqsədi daşıyır.

Bildirilib ki, Azərbaycan bu sənədə də qeyd-şərtlə qoşulur. Sazişdə əks olunmuş hüquqların, öhdəliklərin və müddəaların heç biri Ermənistana münasibətdə və Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyətə münasibətdə torpaqlarımız Ermənistan tərəfindən işğaldan azad olunana və təcavüzün nəticələri tam aradan qaldırılanadək tətbiq edilməyəcək.

Deputatlar bu protokolun müvafiq qeyd-şərtlə təsdiq edilməsini məqsədəuyğun hesab ediblər.

“1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair” Protokolunun təsdiq edilməsi haqqında” qanun layihəsi barədə danışan Tahir Mirkişili vurğulayıb ki, bu protokolun əsas məqsədi razılığa gələn dövlətlərin daxili bazarlarının, ticarətinin və investisiya fəaliyyətinin inkişafıdır. İndiki halda bu sənədə qoşulmaq böyük əhəmiyyət kəsb edir.

Səsvermə zamanı deputatlar bu sənədi də dəstəkləyiblər. Onu da qeyd edək ki, ölkəmiz bu sənəd üzrə də bəyanatla çıxış edib və Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə (Azərbaycanın Dağlıq Qarabağ regionunda və ona bitişik 7 rayonunda) bu protokolun müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad edilənə və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermədiyini bildirib.

Plenar iclasda “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında diplomatik nümayəndəlik, konsulluq və daimi nümayəndəlik əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsini təqdim edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədin əhəmiyyətini xüsusi vurğulayıb, Azərbaycanın milli maraqlarına cavab verdiyini bildirib. Deputatlar Rauf Əliyev və Aydın Mirzəzadənin fikirləri dinlənildikdən sonra Anlaşma Memorandumu ratifikasiya olunub.

İclasda “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə də (üçüncü oxunuş) baxılıb və qanun üçüncü oxunuşda qəbul edilib.

Parlamentə bir zərfdə daxil olmuş növbəti iki qanun layihəsi koronavirus pandemiyasından irəli gələn məsələlərlə əlaqədar idi. Əvvəlcə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məlumat verdi. Layihə əsas kimi qəbul edilib və müzakirə başlanıb. Deputatlar Əli Məsimli, Azər Badamov fikirlərini bölüşüblər. Qanun layihəsi öncə maddə-maddə, sonra bütövlükdə səsə qoyuldu və ikinci oxunuşda qəbul edilib.

Plenar iclasın yekununda koronavirus pandemiyası ilə əlaqədar Vergi Məcəlləsində dəyişiklik edilməsinə dair qanun layihəsinə (ikinci oxunuş) baxılıb. Komitə sədri Tahir Mirkişilinin məlumatı dinlənilib. Məcəlləyə edilən dəyişikliklərin cəmiyyətdə çox geniş müzakirə olunduğu bildirilib. Qeyd edilib ki, təklif edilən dəyişikliklər pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) bir sıra istiqamətləri əhatə edən vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur.

İkinci oxunuşda müzakirəyə çıxarılmış qanun layihəsi öncə əsas kimi qəbul edildi. Fikir mübadiləsində Əli Məsimli, Razi Nurullayev, Mahir Abbaszadə rəy və təkliflərini bildiriblər. Qanun layihəsi əvvəlcə maddə-maddə, sonra bütövlükdə səsə qoyuldu və ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans