Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin növbəti plenar iclasında 10 məsələ müzakirə edilib

Bakı, 16 may, AZƏRTAC

Mayın 16-da Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib. İclasda 10 məsələ müzakirə olunub.

Əvvəlcə deputatlar Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi ilə bağlı məsələyə münasibət bildiriblər.

Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd edib ki, Rusiyada Azərbaycanı sevməyən dairələr var. Lakin uzun illər iki ölkə arasında münasibətlərin inkişaf səviyyəsinə gəlib çıxması o deməkdir ki, orada bizi sevənlər də çoxdur. Bunu onların politoloqları, siyasətçiləri də açıq şəkildə deyirlər. Bu addım orada olan bəzi qüvvələrin Azərbaycana qarşı düşmənçilik mövqeyidir.

Bahar Muradova bildirib ki, bu vəziyyət ciddi narahatlıq doğurur. Yalnız ona görə yox ki, bu məsələ Azərbaycan və Rusiya arasında olan məsələdir. Bu, ilk növbədə Rusiyanın daxili işidir. Bu, Rusiyanın öz vətəndaşlarına münasibətinin göstəricisidir, vətəndaşların toplaşmaq azadlığına, Rusiyada etnik azlıqların öz dillərini və mədəniyyətlərini qoruyub inkişaf etdirmək hüquqlarına münasibətdir. Düşünürəm ki, bu, Rusiyanın rəsmi mövqeyi deyil.

Milli Məclis sədrinin müavini vurğulayıb ki, Azərbaycan tolerant ölkədir və burada yaşayan bütün xalqlara münasibət eynidir. Bu baxımdan ölkəmizdə rus dili və mədəniyyəti inkişaf etdirilir. Təbii ki, biz də istərdik ki, başqa ölkədə yaşayan azərbaycanlılara belə münasibət göstərilsin. Başqa ölkələrdə yaşayan həmvətənlərimizə qarşı bu cür adekvat münasibəti tələb etmək hüququmuz var.

Sonra çıxış edən parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi Azərbaycan ictimaiyyətini ciddi narahat edir. Bu addım Azərbaycan ilə Rusiya arasındakı münasibətlərə xələl gətirmək məqsədi daşıyır.

Siyavuş Novruzov qeyd edib ki, Rusiyada bəzi qüvvələr öz maraqlarını üstün tutaraq iki ölkə arasında münasibətlərə xələl gətirməyə çalışırlar. Bunun qarşısı alınmalıdır. Bu addım ümumi münasibətlərin pisləşməsinə xidmət edir. Azərbaycan həmişə Rusiya ilə bağlı hər hansı bir məsələ olduqda öz neytrallığını qoruyub saxlayır, tərəfsiz siyasət həyata keçirir və bunun da qarşılığını görmək istəyir. Azərbaycan parlamenti, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bununla bağlı Rusiya tərəfinə ciddi müraciət etməlidir. Rusiya parlamentindəki dostluq qrupunun üzvləri də bu məsələyə münasibət bildirməlidirlər.

Azərbaycandakı rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı qərardan narahatlığını bildirib. M.Zabelin Azərbaycan dövlətinin ölkədə yaşayan ruslara tolerant münasibətini yüksək qiymətləndirib. O deyib: “Azərbaycanda yaşayan ruslar bu ölkədə rus mədəniyyətinə, dəyərlərinə və dilinə göstərilən hörməti yüksək qiymətləndirirlər. ÜAK-ın ləğvi ilə bağlı qərar bizi də narahat edir. Mən deputatlara minnətdarlığımı bildirirəm ki, onlar məsələyə münasibətlərini ifadə etdilər”.

Deputatlar Arif Rəhimzadə, Əli Hüseynli, Zahid Oruc, Əflatun Amaşov, Aydın Mirzəzadə, Elman Nəsirov, Fazil Mustafa, Elmira Axundova, Fərəc Quliyev, Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Rövşən Rzayev, Çingiz Qənizadə, Sahib Alıyev, Hikmət Məmmədov iclasda çıxış edərək ÜAK-ın fəaliyyətinə xitam verən Rusiya Ali Məhkəməsinin qərarından ciddi narahatlıqlarını ifadə ediblər.

Bildirilib ki, Rusiyanın azərbaycanlı icması iki ölkənin siyasi, iqtisadi, mədəni münasibətlərində körpü, bu əlaqələrin sağlam məcrada saxlanmasının rəhnidir. Bu qərar Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir və onların ciddi narazılığına səbəb olacaq səhv addımdır. Azərbaycan icmasının ən böyük ictimai birliyinin qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir. Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən addımdır.

Qeyd edilib ki, Ümumrusiya Azərbaycanlıları Konqresi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin xeyir-duası ilə yaradılmış təşkilatdır və onun qeydiyyatının ləğvi iki ölkə arasında münasibətlərin ruhuna ziddir. Məhkəmənin belə qərar qəbul etməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə kölgə salır, onları zədələyir.

Fikir mübadiləsinin yekununda Milli Məclisin sədri Oqtay Əsədov məsələnin çözülməsi istiqamətində müəyyən tapşırıqlar verib. Bildirib ki, ÜAK-ın ləğvi Azərbaycan üçün çox xoşagəlməz hadisədir. Ölkəmiz hər zaman beynəlxalq təşkilatlarda Rusiyanın mövqeyini dəstəkləyib və dost münasibətini göstərib. Təəssüf ki, Rusiyadakı bəzi qüvvələrin, bəzi xüsusi maraqların və erməni diasporunun dəstəyi ilə vaxtaşırı belə hadisələrlə qarşılaşırıq.

Sonra gündəliyə daxil olan “Şəhərsalma və Tikinti”, “İnzibati Xətalar” məcəllələrinə və “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna texniki dəyişikliklər müzakirə edilib.

İclasda, həmçinin “Pasportlar haqqında” dəyişikliklər edilməsi haqqında qanun layihəsinə baxılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib.

Bildirilib ki, “Pasportlar haqqında” qanun layihəsinin 6-cı maddəsinin birinci hissəsinin 1-ci bəndində diplomatik pasport verilən şəxslərin siyahısı nəzərdə tutulub. Həmin siyahıya əsasən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin və Konstitusiya Məhkəməsinin aparatlarının və sair orqanların rəhbər işçilərinə (şöbə müdirləri də daxil olmaqla yuxarı vəzifəlilər) diplomatik pasport verilir. Lakin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəhbər işçiləri həmin siyahıda olmadığı üçün onlara diplomatik pasportun verilməsi nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəhbər işçilərinə diplomatik pasportun verilməsi üçün onların həmin siyahıya əlavə olunması təklif edilir.

İclasda “Telekommunikasiya haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, “Telekommunikasiya haqqında” Qanun “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 429-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədilə bu dəyişikliklər təklif olunur.

Deputatlar, həmçinin “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini müzakirə ediblər.

Bildirilib ki, Azərbaycanda dini etiqad azadlığının Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq surətdə həyata keçirilməsinin əlavə təminatları üçün “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliklər təklif olunur.

Dəyişikliyə görə, dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla İslam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər. Vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla dini mərkəz tərəfindən həyata keçirilir.

Daha sonra “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi barədə müzakirə aparılıb.

Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndinə uyğun olaraq, kabel televiziyası şəbəkəsi yayımının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Qeyd olunub ki, qanunun məqsədi Azərbaycan Respublikasının ərazisində kabel şəbəkəsi yayımının həyata keçirilməsinə şərait yaratmaqdan, kabel şəbəkəsi yayımı xidmətindən istifadə edən abonentlərin və bu fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin maraqlarını müdafiə etməkdən, kabel şəbəkəsi yayımı sahəsinin inkişafı üçün əlverişli mühit formalaşdırmaqdan ibarətdir. Bu qanun ümumistifadəli telekommunikasiya şəbəkələrinə qoşulmayan istehsalat, texnoloji və tədqiqat məqsədləri üçün işlədilən kabel yayımına şamil edilmir.

İclasda “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsinə ikinci oxunuşda baxılıb. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, bələdiyyə üzvləri üçün etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlərini müəyyən edir. Qanunun məqsədinə yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinə etimadın yüksəldilməsi, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, yerli özünüidarə orqanlarında korrupsiyanın və bələdiyyə üzvlərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması, bələdiyyə üzvləri tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, bələdiyyə üzvlərindən gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsi məsələləri daxildir.

Sonra deputatlar “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə ediblər.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qanun layihəsi barədə məlumat verib. Qeyd edib ki, sənəd 3 fəsil, 17 maddədən ibarətdir.

Bildirilib ki, bu qanun layihəsi Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.

Qanun layihəsinin tütün məmulatlarının satışında həvəsləndirmə üsullarının məhdudlaşdırılması haqqında maddəsinə əsasən tütün məmulatlarının ticarətinə icazəsi olan hüquqi və fiziki şəxslərə məhsul satışında istifadəçilərin həvəsləndirilməsi üçün üsullardan istifadə edilməsi qadağan edilir. Belə ki, tütün məmulatlarının və onların yeni nümunələrinin pulsuz paylanması və ya mükafat verilməsi, tütün məmulatlarının lotereya, müsabiqə, idman yarışları, oyunlar üçün mükafat kimi təklif edilməsi, tütün məmulatlarının satışı və istifadəsi ilə bağlı uduşlu (o cümlədən siqaret qutularının və hissələrinin yığılması ilə) oyunların keçirilməsi daxildir. Tütün istehsalı və satışı ilə məşğul olan şəxslər istehsal edilən və ya satışa çıxarılan tütün məmulatlarını istehlakçılara hədiyyə və ya yardım kimi paylaya bilməzlər.

Tütün istifadəsinin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə Azərbaycan Respublikasında təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, onların ərazilərində, sanatoriya-kurort müəssisələrində və onların ərazilərində (açıq məkanlar istisna olmaqla), idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, xüsusi ayrılmış yerlər istisna olmaqla onların ərazilərində, restoranlar, kafelər, barlar daxil olmaqla ictimai iaşə obyektlərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla), ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, yerləşdirmə vasitələrində (tütün çəkənlər üçün otaqlar və xüsusi ayrılmış yerlər təşkil oluna bilər), teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində, uşaq meydançalarında tütündən istifadə qadağandır. Eyni zamanda, yerüstü qapalı və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda, hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla), su nəqliyyatı vasitələrində (xüsusi ayrılmış yerlər istisna olmaqla), tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində, liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində, taksafonlarda, yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində (xüsusi ayrılmış yerlər istisna olmaqla) də bu qadağa tətbiq olunacaq.

Mülkiyyət növündən təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri bu qanunun 10.1-ci maddəsində göstərilən yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər. Tütün çəkmək üçün xüsusi ayrılmış yerlər sanitar-gigiyenik normaların tələblərinə cavab verən şəkildə təchiz edilməlidir.

Sənəddə bildirilir ki, yetkinlik yaşına çatmayanların tütün məhsulları alması, satması və ya onlara bu məhsulların verilməsi, tütün məmulatlarından hər hansı üsulla istifadənin təklif olunması və ya tütün istifadəsi prosesinə onların tələb yolu ilə cəlb olunması qadağandır.

Bu qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq "Tütün və tütün məlumatları" haqqında Azərbaycan Respublikası Qanununun 20-ci və 21-ci maddələri ləğv edilir.

Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib