Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin növbəti plenar iclasında 28 məsələ müzakirə olunub

Bakı, 30 may, AZƏRTAC

Mayın 30-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri mayın 28-də qardaş Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Türk dünyasının böyük siyasi və dövlət xadimi Rəcəb Tayyib Ərdoğan inamlı qələbə qazandığını bildirib. Vurğulayıb ki, əsl demokratiya şəraitində əldə edilmiş bu qələbə bütün Azərbaycan xalqını qəlbən sevindirib.

Sonra S.Qafarova Milli Məclis sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyətinin Serbiyaya ilk rəsmi səfəri barədə deputatlara məlumat verib.

Daha sonra iclasda cari məsələlərlə bağlı müzakirələr keçirilib. Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, komitə sədrləri Musa Quliyev, Hicran Hüseynova, deputatlar Tahir Kərimli, Kamal Cəfərov, Elşad Mirbəşir oğlu, Tural Gəncəliyev, Razi Nurullayev, Musa Qasımlı, Əli Məsimli, Fazil Mustafa çıxış ediblər.

Çıxışlarda bu günlərdə Prezident İlham Əliyevin Laçın rayonuna səfərini yüksək qiymətləndirib, Türkiyədə keçirilmiş demokratik seçkilərdə Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçilməsi münasibətilə təbriklərini çatdırıblar.

Eyni zamanda, pensiya yaşı həddi, qadın və uşaqların hüquqlarının müdafiəsi, şəhid valideynləri, müharibə iştirakçıları və veteranları üçün fərqləndirici halların nəzərə alınması və gündəmdə olan digər aktual məsələlər barədə fikirlər və təkliflər səsləndirilib.

Sahibə Qafarova bu gün iclasda 28 məsələnin müzakirə olunacağını söyləyib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov gündəliyin birinci məsələsi - “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişikliklər edilməsi barədə parlamentin qərar layihəsi ilə bağlı məlumatında parlamentin beynəlxalq əlaqələrinin genişləndiyini, dostluq qruplarının fəaliyyətinin aktivləşdiyini, bu gün 100-dən çox parlamentlərarası dostluq qruplarının mövcud olduğunu bildirib.

Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri ikinci məsələnin “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi olduğunu deyib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edərək bildirib ki, 2009-cu il oktyabrın 3-də imzalanmış Naxçıvan Sazişinə əsasən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb. 2021-ci il noyabrın 12-də Dövlət başçıları Şurasının qərarına uyğun olaraq bu qurum Türk Dövlətləri Təşkilatı adlandırılıb. O, təşkilatın əsas məqsədlərinin üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, iqtisadi inteqrasiyanın daha da gücləndirilməsi olduğunu söyləyib.

Komitə sədri diqqətə çatdırıb ki, Türk İnvestisiya Fondunun yaradılmasında əsas məqsəd regiondaxili ticarətin genişləndirilməsi və iqtisadi fəaliyyətin dəstəklənməsi vasitəsi ilə üzv dövlətlərin iqtisadi inkişafına töhfə verməkdir. O, Fondun nizamnamə kapitalının 500 milyon ABŞ dolları olduğunu və bu məbləğin 5 üzv arasında bərabər bölündüyünü qeyd edib.

Səməd Seyidov rəhbərlik etdiyi komitənin bu sənədlə bağlı rəyini səsləndirərək bildirib ki, Türk İnvestisiya Fondunun yaradılması türk dövlətləri arasında əlaqələri yeni mərhələyə yüksəldir.

Komitə sədri Zahid Oruc, deputatlar Əli Məsimli və Aydın Mirzəzadənin məsələ ilə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 20 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. O, layihənin birinci və ikinci oxunuşda müzakirə olunduğunu, sənədin mətnində hər hansı dəyişikliyin edilmədiyini söyləyib. Sənədə əsasən, minatəmizləmə sahəsində fəal iştirak edən, səmərəli əməkdaşlığa əhəmiyyətli töhfə verən, dövlətin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində xidməti olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif oluna bilərlər.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, sənədin ikinci oxunuşda təqdimatı zamanı deputatlar tərəfindən səsləndirilən fikirlərin işçi qaydada müzakirə olunduğunu, daxil olan təklifin qanunvericilik təşəbbüsü subyekti tərəfindən nəzərə alınmadığını deyərək, layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Əli Hüseynli, həmçinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini diqqətə çatdırıb. O, sənəddə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəlik institutunun fəaliyyətinin təmin edilməsi ilə əlaqədar təsis edilən yeni vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna uyğun olaraq təsnifləşdirilməsi ilə bağlı müvafiq dəyişikliklərin nəzərdə tutulduğunu, sənədin ikinci oxunuşda müzakirələri zamanı əlavə təkliflərin daxil olmadığını bildirib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib. O, sənədə dair hər hansı yeni təklifin olmadığını söyləyib və səsə qoyulmasını xahiş edib. Layihənin məqsədi yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının daha səmərəli və effektiv qorunmasını təmin etməkdən ibarətdir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 6 məsələsinin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu bildirib. Diqqətə çatdırılıb ki, gündəliyin 7-ci məsələsi Ailə Məcəlləsində, 8-ci məsələsi Mülki Məcəllədə, 9-cu məsələsi “Sosial müavinətlər haqqında” Qanunda, 10-cu məsələsi “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda, 11-ci məsələsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda, 12-ci məsələsi “Sosial xidmət haqqında” Qanunda dəyişikliklər edilməsi barədə ikinci oxunuşda olan qanun layihələridir. Bu qanun layihələrinə 3 komitədə baxıldığı qeyd edilib.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova 7-ci və 10-cu məsələlər – Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələri ilə bağlı məlumat verib. O, bu məsələlərə komitədə baxıldığını, əlavə rəy və təklifin daxil olmadığını bildirib. Layihələrdə nəzərdə tutulan dəyişikliklər himayədar ailə institutunun inkişafına xidmət edir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov 8-ci və 11-ci məsələləri – Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuşlarda məsələ ilə bağlı hər hansı rəy və təklifin olmadığını, təmsil etdiyi komitənin müsbət rəy verdiyini söyləyib. Təqdim olunan hər iki layihə "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə uyğun olaraq hazırlanıb.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev 9-cu və 12-ci məsələləri – “Sosial müavinətlər haqqında” və “Sosial xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrini diqqətə çatdırıb. Bildirilib ki, hər iki layihədə nəzərdə tutulan dəyişikliklər himayədar ailə institutunun yaradılması ilə əlaqədardır. Komitə sədri sənədlərin birinci və ikinci oxunuşda müzakirəsi zamanı əlavə təkliflərin daxil olmadığını, mətnlərdə heç bir dəyişikliyin edilmədiyini söyləyib.

Sonra təqdim olunan bu 6 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Daha sonra diqqətə çatdırılıb ki, gündəliyin növbəti 4 məsələsi ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-birinə bağlıdır.

Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanun ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrini təqdim edib. O, hər iki sənədlə əlaqədar heç bir təklifin daxil olmadığını deyib və üçüncü oxunuşda səsə qoyulmasını xahiş edib.

Komitə sədri Tahir Mirkişili "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, layihənin birinci və ikinci oxunuşda müzakirəsi zamanı hər hansı əlavə dəyişikliklə bağlı təklifin daxil olmadığını, komitə tərəfindən müsbət rəy verildiyini söyləyib və sənədi dəstəkləməyi xahiş edib.

Deputat Nurlan Həsənov "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. Vurğulanıb ki, sənədlə əlaqədar birinci və ikinci oxunuş zamanı geniş müzakirələr aparılıb, qaldırılan məsələlərə dair lazımi izahatlar verilib. Deputat qeyd edib ki, layihədə 10-1-ci maddədə nəzərdə tutulan müddətlə bağlı qanunvericilik təşəbbüsü subyekti ilə müzakirələr aparılıb və bu müddət dəyişdirilib. Beləliklə, sənədə əsasən, 2023-cü il iyunun 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edilmiş tikinti obyektlərinin istismarına icazə verilməsi nəzərdə tutulur.

Tahir Mirkişili bu layihə ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini söyləyib.

Sonra bu 4 qanun layihəsi də ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 6 məsələsinin də Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.

Deputat Nurlan Həsənov 17-ci məsələ - Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), 18-ci məsələ - İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və 19-cu məsələ - Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihələrini diqqətə çatdırıb. O, 17-ci məsələ ilə bağlı bir düzəlişin edildiyini və qanunun qüvvəyə minmə tarixinin 2023-cü il oktyabr ayından 2024-cü ilin yanvarın 1-nə dəyişdirildiyini bildirib. Digər qanun layihələrində heç bir dəyişikliyin olmadığını söyləyib və sənədləri üçüncü oxunuşda dəstəkləməyi xahiş edib.

Tahir Mirkişili bu komitənin 17 məsələ - Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı müsbət rəyini diqqətə çatdırıb.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 20-ci məsələ - “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş), 21-ci məsələ - “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş) və 22-ci məsələ - “Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələrini təqdim edib. O, bildirib ki, bu sənədlərdə dəyişiklik edilib və adı çəkilən qanunların 2023-cü ilin oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.

Üçüncü oxunuşda təqdim edilən bu 6 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, gündəliyin son 6 məsələsi birinci oxunuşda olan qanun layihələridir.

Tahir Mirkişili 23-cü məsələ - “Kosmik fəaliyyət haqqında” Qanunun layihəsini (birinci oxunuş) təqdim edib. Diqqətə çatdırılıb ki, ölkəmizdə bir çox digər sahələrdə olduğu kimi, kosmik sahənin əsasları da Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Qeyd edib ki, hələ keçən əsrin 70-ci illərində Azərbaycan Elmlər Akademiyası nəzdində Kosmik Cihazqayırma Konstruktor Bürosu yaradılıb və ölkəmizdə kosmik tədqiqatların aparılmasına başlanılıb. Komitə sədri 2009-cu ildə Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə başlanıldığını söyləyib. O, önəmli layihələrdən olan “Azerspace-1” peykinin 2013-cü ildə orbitə çıxarılması ilə ölkəmizin azsaylı dövlətlərin təmsil olunduğu kosmik klubların üzvünə çevrildiyini bildirib. Qeyd edilib ki, 2015-ci ildən etibarən kosmosa çıxarılan “Azersky” peyki vasitəsilə ölkənin müdafiə və təhlükəsizliyi sahəsində davamlı işlər görülüb, vaxtilə işğal olunmuş ərazilərimizdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılıb. 2020-ci ildə Vətən müharibəsi zamanı da Azərbaycan peykləri mühüm xidmət göstəriblər. Hazırda Azərbaycan peykləri 42 ölkədən 182 müştəriyə xidmət göstərir.

Tahir Mirkişili bildirib ki, kosmik sahədə qeyri-dövlət subyektlərinin fəaliyyətinə hüquqi zəmin yaradılması üçün sahəvi münasibətləri tənzimləyən yeni qanunun hazırlanmasına zərurət yaranıb. Diqqətə çatdırılıb ki, təqdim olunan qanun layihəsi Azərbaycanda kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.

Qanun layihəsi 6 fəsil, 24 maddədən ibarətdir.

Layihədə beynəlxalq əməkdaşlıq, kosmik fəaliyyətin tənzimlənməsi, kosmik fəaliyyət üçün nəzərdə tutulan malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının sertifikatlaşdırılması, kosmik obyektlərin dövlət qeydiyyatı, Orbital mövqelərin əldə edilməsi və qorunması ilə bağlı müddəalar ehtiva olunur.

Qanun layihəsinin müvafiq maddələrində, habelə kosmik fəaliyyətin subyektləri, kosmik fəaliyyət və kosmik sənayenin iqtisadi xüsusiyyətləri, Yerüstü kosmik infrastruktur və kosmik obyektlərin təyinatı, kosmik fəaliyyət və kosmik sənayedə təhlükəsizlik məsələləri öz əksini tapıb.

Müzakirələr zamanı çıxış edən deputatlar Razi Nurullayev, Etibar Əliyev, Aydın Mirzəzadə layihəni yüksək qiymətləndirib, bəzi təkliflərini səsləndiriblər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 24-cü məsələnin - Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və 25-ci məsələnin - “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrinin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib.

İqtisadi siyasət, sənaye və sahibkarlı komitəsinin üzvü Anar Məmmədov bu məsələlər barədə məlumat verib. Bildirilib ki, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında layihədə ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışının 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunması, işğaldan azad edilmiş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi çərçivəsində texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin istehsalı və satışının ƏDV-dən azad olunması, eyni zamanda, işğaldan azad edilmiş, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış ərazilərin minalardan təmizlənməsi çərçivəsində yuxarıda qeyd olunan texnika, avadanlıq və vasitələrin yaradılması və istehsalı üçün idxal edilən texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin və xammalın da ƏDV-dən azad olunması nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi işğaldan azad edilmiş, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi çərçivəsində texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin yaradılması və istehsalı üçün idxal olunan texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin və xammalın gömrük rüsumlarından azad edilməsi məqsədilə hazırlanıb.

Deputatlar sənədlə bağlı fikirlərini, qeyd və təkliflərini bildiriblər. Anar Məmmədov səsləndirilən bəzi məqamlara aydınlıq gətirib.

Müzakirələrin sonunda qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin də Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu, məzmun və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov 26-cı məsələ - “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və 27-ci məsələ - “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini diqqətə çatdırıb.

Bildirilib ki, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanunda təklif edilən dəyişikliklərdə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxslərin hərbi qeydiyyatdan çıxarılması qaydasının təkmilləşdirilməsi, habelə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını təşkil edən dairənin dəqiqləşdirilməsi nəzərdə tutulur.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna isə hərbi qeydiyyat anlayışının dəqiqləşdirilməsi, müvafiq icra hakimiyyəti orqanında müddətli həqiqi hərbi xidmətdən buraxılmış, həmçinin müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilərin hərbi qeydiyyat qaydasının təkmilləşdirilməsi ilə əlaqədar dəyişikliklər təklif olunur.

Parlamentin komitə sədri Siyavuş Novruzov bu məsələlərlə bağlı fikirlərini açıqladıqdan sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Nurlan Həsənov sonuncu 28-ci məsələ - Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Qeyd edilib ki, qanunun 41.2-ci maddəsinin mövcud mətninə görə hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Hərbi əməliyyatlarda həlak olduğu güman olunan şəxslərin bu müddətdən daha tez ölmüş elan olunması imkanını təmin etmək məqsədilə həmin maddəyə müvafiq əlavə təklif olunur. Əlavəyə əsasən, məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, həmin şəxsi hərbi əməliyyatların qurtardığı gündən azı altı ay keçdikdən sonra ölmüş elan edə bilər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin bugünkü iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Azərbaycan Premyer Liqasında VII turun təyinatları açıqlanıb

“İrəvan” komandası üçün danışılmış oyunlarla bağlı seminar keçirilib

MAR-ın sabiq prezidenti ömürlük həbs cəzasına məhkum olunub

Qalib Sərkərdə qətiyyəti - ŞƏRH

Baş Prokurorluq: Şuşada baş verən mina hadisəsi üzrə araşdırma aparılır

Türkiyə Milli Kitabxanasının baş direktoru BDU-da ustad dərsi keçib

Bakı yol polisi sürücülərə müraciət edib

Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılışı olub

Azərbaycan Çində keçiriləcək Qlobal Dayanıqlı Nəqliyyat Forumunda təmsil olunacaq

Gələn il inflyasiya birrəqəmli həddə düşə bilər - İqtisadçı

Saatlıda evdən və mağazadan oğurluq edən şəxs saxlanılıb

Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi üçün layihələr hazırlanır

“Araz-Naxçıvan”ın baş məşqçisi azarkeşlərə müraciət edib

Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı məlumatların çatdırılması üçün portal hazırlanır

Avropanın məşhur futbol funksioneri "Neftçi"nin idman direktoru təyin olunub

Mirsalam Qənbərov: Bəzən agentliyə 500-dək qurumuş ağacın götürülməsi ilə bağlı müraciət daxil olur

Bakıda İƏT üzvü olan Ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının 6-cı iclası keçirilib

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi virtual “ƏDV geri al” hesabına köçürüləcək

Pakistanlı senator çətin dövrlər keçirən ölkələrə dəstəyinə görə Azərbaycana təşəkkür edib

Daxili İşlər Nazirliyi əhaliyə göndərilən saxta mesajlarla bağlı müraciət edib

AAYDA-nın sədri Masallıda vətəndaşların müraciətlərini dinləyib

Vurğun Hüseynov: Etiraf edirəm ki, komanda daxilində çatışmazlıqlar var

Milli Kitabxanada “Türk dünyası ədəbiyyatının tərlanları” mövzusunda beynəlxalq konfrans işə başlayıb

Vətən müharibəsi şəhidi Bilal Qənbərovun xatirəsi anılıb

Azərbaycan və Türkiyə hərbi hüquqşünaslarının görüşü keçirilib

Ekspert: Azərbaycan 24 saatlıq antiterror tədbirləri ilə dünyada yeni nümunə yaratdı

“Taxt Oyunları” kiber yarışına start verilib

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tədbirlər QHT-lərin daim diqqətindədir - ŞƏRH

Əlilliyi müəyyən edilmiş uşaqların cəmiyyətə inteqrasiyası üçün tədbirlər görülür

Gülnarə Xəlilovanın üç kolleksiyası Özbəkistan və Qazaxıstanda təqdim olunacaq

Ədəbiyyat İnstitutunun alimlərinin məqalələri İraqda çap olunub

Azərsu: İşğaldan azad olunmuş ərazilərdən götürülmüş 7 su nümunəsi üzrə 327 analiz aparılıb

Bakıdakı Rus evində Müəllim gününə həsr olunmuş konsert keçiriləcək

Xəzər Universiteti Avropanın ən yaxşı 400 universiteti sırasındadır

İtaliyalı jurnalist: Azərbaycan öz ərazisinin beynəlxalq səviyyədə tanınmış hissəsində suverenliyini təsdiqlədi

Ali Məhkəmə Elmi-məsləhət şurasının iclasında iştirak etmək istəyən hüquqşünaslara müraciət edib

Səkkiz ayda istehlakçılara 4,9 milyard kubmetr qaz satılıb

İRİA-nın rəsmisi: “Super portal” layihəsi üzərində müxtəlif dövlət qurumları ilə birlikdə işləyirik

Vatikanın dövlət katibi: Avropa Aralıq dənizindəki miqrasiya probleminin həlli üçün birləşməlidir

Dünya Bankı ilə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması müzakirə edilib

® “Azercell”in dəstəklədiyi milli komanda Yeniyetmələrin Avropa İnformatika Olimpiadasından Vətənə nailiyyətlə dönüb

Bakı Böyük Dəbilqə turniri: Azərbaycan cüdosunun maskotu təqdim olunub

Pambıqçılığın inkişaf etdirilməsi məqsədilə dünyanın ən qabaqcıl təcrübələri öyrənilir

Livanlı müəllim və şagirdlər ölkəmizə səfər ediblər

® “Kapital Bank”ın təşəbbüsü ilə “Data Talks” tədbiri baş tutdu

Salyanda mikroavtobus su kanalına düşüb, bir nəfər ölüb VİDEO

Macarıstan telekanalının efirində Qarabağda lokal xarakterli antiterror tədbirlərindən danışılıb

Ermənistanın sabiq prezidentinin polis tərəfindən döyülən oğlu xəstəxanaya aparılıb

Şirvanda Anım Günü ərəfəsində şəhid ailələri ziyarət olunub

Xalça Muzeyində “Xalçalarda musiqi” adlı sərgi davam edir

AZƏRTAC və Çinin Sinxua xəbər agentliyi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib VİDEO

BDU-nun əməkdaşları şəhid Nicat Əhmədovun məzarını ziyarət ediblər

“Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” e-xidməti istifadəyə verilib

Estoniyanın nümayəndə heyəti məşğulluq sahəsində Azərbaycan təcrübəsi ilə tanış olub

Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş beynəlxalq konfransın tezisləri çap olunub

ADAU-da Beynəlxalq Ərzaq, Kənd Təsərrüfatı və Baytarlıq Elmləri üzrə VI beynəlxalq konfrans keçirilib

MDU-da “Tyutor xidməti” təlimləri başa çatıb

Rəsədxana: Payız fəsli Azərbaycana sentyabrın 23-də saat 10:49-da daxil olacaq

Səkkiz ayda Qəbələdə 9,1 milyon manatlıq sənaye məhsulu ixrac olunub

Macarıstan Aİ-nin Azərbaycanla bağlı birgə bəyanatına veto qoyub

Çin və Suriya strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb

Yaponiyada anomal isti səbəbindən 35 min nəfər xəstəxanaya yerləşdirilib

Azərbaycan Texnologiya Universiteti əməkdaşlıq əlaqələrini genişləndirir

2023-cü ilin Buker mükafatı üçün qısa siyahı elan edilib

Şuşa rayonu ərazisində mina hadisəsi baş verib

Sinqapur aeroportu sərnişinlərə pasportsuz səyahət imkanı yaradacaq

Bakı Böyük Dəbilqə turniri: Azərbaycanın iki cüdoçusu yarımfinala çıxıb

Serbiya Prezidenti Qərbi beynəlxalq hüququ pozmaqda ittiham edib

Milli Məclisdə Asiya Parlament Assambleyasında təmsil olunan bir sıra nümayəndə heyətləri ilə görüşlər keçirilib

Antiterror tədbirlərinin nəticəsi təsdiqlədi ki, Qarabağda yaşayan erməni əhalisi hədəf deyil – ŞƏRH

Antiterror tədbirləri Azərbaycan Silahlı Qüvvələrinin daha güclü olduğunu bir daha göstərdi - ŞƏRH

Əsl Avropa komandası - ŞƏRH

Azərbaycanın finala çıxmış güləşçisi: Çox həyəcanlı idim

Yaponiya Mərkəzi Bankı yumşaq pul siyasətini davam etdirəcək

Xarici KİV-lər Azərbaycanın keçirdiyi antiterror tədbirləri nəticəsində regionda yaranan vəziyyəti diqqət mərkəzində saxlayır

Yaşar Güler: Qarabağda aparılan antiterror tədbirlərinə Ermənistanın öhdəliklərini yerinə yetirməməsi səbəb olub

Arif Əsədov: “Molde” komandası “Qarabağ”dan bu performansı gözləmirdi

Qarabağda antiterror tədbirləri - qlobal miqyasda separatizmlə mübarizədə ən rasional addım - ŞƏRH

Hikmət Hacıyev: Reinteqrasiya istiqamətində irəli getmək üçün siyasi baxışımız var

Agentlik rəsmisi: Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində yerli məhsullar hazırlanır

Macarıstan Aİ-nin anti-Azərbaycan bəyanatının qəbulunu bloklayıb

Azərbaycan nefti dünya bazarında dəyər qazanmaqda davam edir – Ekspert

Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatı yaradılıb

Sabah əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir

Masallıda beş heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb

Cəlilabadda təhsil müəssisəsində külli miqdarda dövlət əmlakı mənimsənilib

“Azərxalça” ilə AZCHEMCO gübrə istehsalı şirkəti əməkdaşlıq edəcək

MDB ölkələrinin transfuziologiya məsələləri üzrə Ekspert şurasının iclası keçirilib

Diplomatik xidmətə işə qəbul imtahanının ikinci mərhələsində iştirak edəcək namizədlərin nəzərinə

Naxçıvana avtobus reyslərinin sayı artırılıb

Ordumuzun qısa vaxtda yazdığı uğur hekayəsi Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqlədi

Mil-Muğan regionu üzrə təhsil işçiləri imtahan verəcəklər

Azərbaycan Sığortaçılar Assosiasiyası Pakistan Sığortaçılar Assosiasiyası ilə əməkdaşlıq edəcək

Reza Deqatinin Vannda keçirilən sərgisi yerli ictimaiyyəti Azərbaycan həqiqətləri barədə məlumatlandırır VİDEO

BDU-da İsrail universitetlərinin təqdimatı olacaq

Bu gün bir çox ölkədə Ümumdünya Avtomobilsiz Günü qeyd olunur

MDU-da dəyirmi masa: “Əsrin müqaviləsi tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır”

Hərbi-siyasi ekspert: Azərbaycan BMT Təhlükəsizlik Şurasında erməni yalanlarını faktlarla ifşa etdi

Elçin İsmayılov: Qərbi Azərbaycanın onomastik vahidləri ilə bağlı iki kitab çap mərhələsindədir

Qəbələdə güclü dolunun törətdiyi fəsadlar aradan qaldırılır