SİYASƏT


Milli Məclisin növbəti plenar iclasında beş məsələyə baxılacaq

Bakı, 19 dekabr, AZƏRTAC

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası dekabrın 22-də keçiriləcək.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə beş məsələ daxil edilib.

İclasda “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), “Şərti maliyyə vahidi haqqında” qanunun ləğv edilməsi barədə, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Banklar haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarda və Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılacaq. Həmçinin “Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə” dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri müzakirəyə çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.