Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin payız sessiyası başa çatıb

Milli Məclisin payız sessiyası başa çatıb

Bakı, 30 dekabr, Ə.Məmmədov, X.Məmmədov, AZƏRTAC

Dekabrın 30-da Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasının son plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası Milli Məclisin sədri Oqtay Əsədov açaraq gündəliyi təqdim edib.

Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb.

İclasda  G.L.Rzayevanın Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında qanun layihəsi qəbul edilib.

"Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa dair", "Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurası arasında onun Azərbaycan Respublikası ərazisində yerləşməsi şərtləri haqqında" sazişlərin, "Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə" Kredit Sazişinin, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamənin, "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərinin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında" Memorandumun, Avropa Şurasının immunitet və imtiyazları haqqında Baş Sazişə dair Altıncı Protokolun, Azərbaycan Respublikası Prezidentinin və Bolqarıstan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin, "Azərbaycan Respublikası ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında" Birgə Bəyannamənin təsdiq edilməsi haqqında qanun layihələri təsdiqlənib. 

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirilib ki, bu sənəd ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün əsaslı zəmin yaradır. Əlaqələrimiz dostluq, qardaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurulub. Qeyd edilib ki, sənədin birinci bəndində tərəflər öz ərazisində bir-birinin dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş təşkilatlar, qruplar və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsinə hazır olduqlarını bir daha təsdiq edirlər.

İclasda, həmçinin İnzibati Xətalar, Vergi, Əmək məcəllələrində "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Dövlət qulluğu haqqında", "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında", "Aviasiya haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihələri qəbul edilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən dəyişikliklər müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə daxil edilən əmək müqaviləsi bildirişlərinin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi məqsədi daşıyır.

Vergi Məcəlləsinə isə yerli bank və xarici bankın Azərbaycandakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsini nəzərdə tutan maddə əlavə edilir.

Bildirilib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna dəyişikliklər hərbi uçot və qeydiyyat qaydalarının təkmilləşdirilməsi məqsədi ilə edilib.

"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanuna edilən əlavələrə görə, 14 yaşı tamam olmuş şəxs Azərbaycan Respublikasının dövlət dilində Azərbaycan Respublikasına sadiq olacağı barədə and içir. Əlavələr 15-1-ci – “Azərbaycan Respublikası vətəndaşının andı haqqında” maddə ilə bağlıdır. Qeyd edilib ki, vətəndaşlıqla bağlı qanunvericilikdə son vaxtlar bir sıra önəmli dəyişikliklər edilib. Ölkəmizin sosial-iqtisadi inkişafı Azərbaycan vətəndaşı adını daha da nüfuzlu edib. Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib. Qüdrətli dövlətin vətəndaşı olmaq da şərəflidir. Bu səbəbdən qanunvericilikdə də bir sıra önəmli dəyişikliklər edilir. Bu da ölkənin inkişafının bir göstəricisidir.

"Məhkəmələr və hakimlər haqqında" Qanun layihəsində edilən dəyişikliklər ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə idarəçiliyinin təkmilləşdirilməsi, hakimlərin müstəqilliyinin gücləndirilməsi və onlar barədə tətbiq edilən həvəsləndirmə tədbirlərinin dəqiqləşdirilməsi məqsədi ilə, habelə bir sıra beynəlxalq təsisatların, o cümlədən Avropa Şurasının Azərbaycanın məhkəmə sistemi ilə bağlı tövsiyələrinə uyğun olaraq hazırlanıb. Bu layihədə apelyasiya və ağır cinayət məhkəmələrinin sədrlərinin təyinatının Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən aparılması, ilk dəfə hakim vəzifəsinə təyin edilmiş şəxslərin təyinat müddətinin dəyişdirilməsi, müxtəlif instansiya məhkəmələrinin hakimləri üçün müvafiq qəti son yaş həddinin müəyyən edilməsi, hakimlərin həvəsləndirmə tədbirlərinin dəqiqləşdirilməsi məsələləri öz əksini tapıb.

Sonra Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Dövlətimizin başçısına parlament adından təbrik ünvanlanıb. Milli Məclis, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza ünvanlanan müraciətdə ümummilli məqsədlər naminə birliyə çağırış ifadə olunub.

Payız sessiyasına yekun vuran Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, bu sessiya müddətində parlamentdə 21 iclas keçirilib, 286 qanun və qərar qəbul edilib. Yəni, Milli Məclis üzərinə düşən qanunvericilik səlahiyyətini tam yerinə yetirib.

Parlamentin xarici əlaqələrindən danışan Oqtay Əsədov bildirib ki, deputatlarımız beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak edərək 50-yə yaxın ölkəyə 115 səfər ediblər. 60-dan çox xarici dövlətin və beynəlxalq təşkilatın 90-a yaxın nümayəndə heyəti Milli Məclisdə olub. Onlar arasında 6 prezident, 6 baş nazir və 11 parlament sədri olub. Beynəlxalq təşkilatların xətti ilə Azərbaycan 10 beynəlxalq tədbirə ev sahibliyi edib. Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin iclasları, Türkdilli Ölkələrin Parlament Assambleyasının 5-ci plenar iclası, NATO Parlament Assambleyasının 86-cı Rouz-Rout seminarı, ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyası və digər mötəbər toplantılar ölkəmizdə uğurla keçirilib. Təkcə bu tədbirlərdə beynəlxalq parlament təşkilatlarının 1000-ə yaxın nümayəndəsi iştirak edib.

Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Bununla da Milli Məclisin payız sessiyası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI