Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçirilib

Bakı, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də Milli Məclisin 2018-ci ilin payız sessiyasının ilk plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

İclası açan Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Parlamentinin 100 illik yubileyi münasibətilə sentyabrın 21-də keçirilən təntənəli iclası xatırladıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib və geniş nitq söyləyib. Prezident İlham Əliyev nitqində Azərbaycan dövlətinin və parlamentinin tarixi, ölkəmizin bugünkü inkişafı, dövlətimizin daxili və xarici siyasəti ilə bağlı çox dəyərli təhlillər aparıb. Dövlətimizin başçısı Milli Məclisin fəaliyyətini çox yüksək qiymətləndirib. Prezidentin söylədiyi bu fikir bizim üçün çox əhəmiyyətlidir.

Sədr qeyd edib ki, bu gün Azərbaycan uğurla inkişaf edir. Bu inkişafda parlamentin xüsusi rolu var. Azərbaycan parlamenti həm ulu öndər Heydər Əliyevin dövründə, həm də bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, inkişafını təmin edir. “Bizim qanunvericilik bazamız ən yüksək meyarlara cavab verir. Biz bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq. Ölkəmizdə demokratik inkişafla bağlı siyasətin aparılmasında Azərbaycan parlamentinin xüsusi rolu var. Parlamentin fəaliyyətinə verdiyi yüksək dəyərə görə mən öz adımdan və sizin adınızdan Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Bundan sonra da Milli Məclis Azərbaycan Respublikası Prezidentinin uzaqgörən siyasətini parlament səviyyəsində dəstəkləmək üçün bütün tədbirləri görəcək”, - deyə Oqtay Əsədov söyləyib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Parlamentin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda 44 ölkədən, 9 beynəlxalq təşkilatdan 300-ə yaxın nümayəndə heyəti iştirak edib. Bunların içərisində 14 parlament sədri və 20 sədr müavini var idi. Bundan başqa xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və diplomatlar tədbirdə iştirak ediblər. Parlamentdə otuz doqquz nəfər təbrik nitqi ilə çıxış edib. Sədr deyib: “Hesab edirəm ki, Azərbaycan Parlamentinin yubileyini yüksək səviyyədə qeyd edilməsinə nail ola bildik. Bu münasibətlə sizin hər birinizi ürəkdən təbrik edirəm”.

Milli Məclis 2018-ci il yaz və növbədənkənar sessiyalarını uğurla başa vurub. Bu dövr ərzində parlamentin 26 iclası keçirilib. İclaslar zamanı 261 qanun və qərar qəbul edilib. Milli Məclisin beynəlxalq əlaqələri inkişaf edib. Parlamentin yaz və növbədən kənar sessiyalarda və sonrakı dövrdə deputatlar 38 ölkəyə 90-dan çox səfər ediblər. 57 xarici dövlətin 100-ə yaxın nümayəndəsi heyəti Milli Məclisdə olub. Parlamentdə 5 beynəlxalq təşkilatın iclasları keçirilib.

“Bu sessiyada bir sıra zəruri aktların qəbul olunması nəzərdə tutulur. Milli Məclis xüsusən Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında qanun layihəsini və büdcə zərfinə daxil olan digər sənədləri müzakirə və qəbul edəcək”, - deyə Oqtay Əsədov bildirib.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.

“Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə ikinci səsvermədə baxılıb. Dəyişikliyə əsasən, sənədin 16.7-ci maddəsi yeni redaksiyada veriləcək. Həmin maddədə deyilir: Müvəkkilin, sabiq müvəkkilin və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçirilir.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda nəzərdən keçirilib. Qanun layihəsinə görə sənədin 29.2-ci maddəsində “Bir” sözü “Ad və ya rəqəm dəyişiklikləri ilə əlaqədar bir neçə normativ hüquqi aktlara dəyişikliklərin edilməsi və ya bir neçə normativ hüquqi aktı ləğv edilməsi zərurətinin yarandığı hallar istisna olmaqla, bir” sözləri ilə əvəz ediləcək.

İclasda, həmçinin Milli Məclisin 2018-ci il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.

Deputatlar “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun, “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sərhəd nümayəndələrinin/sərhəd komissarlarının fəaliyyəti haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” sazişlərin, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair” Protokolun, “Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma haqqında Avropa Şurası Konvensiyası”nın, “Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ekstradisiya haqqında”, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının yaradılması haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələrini nəzərdən keçiriblər.

İclasda “İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında məsələyə baxılıb. Bildirilib ki, 4 fəsildən və 25 maddədən ibarət olan sənəd əməkdaşlığın gücləndirilməsi üzrə İƏT nizamnaməsinin müddəalarına əsaslanaraq, üzv dövlətlərin üzləşdiyi məşğulluq, əmək və sosial müdafiə ilə bağlı problemlərin həll olunmasının, mövcud imkanlar çərçivəsində yoxsulluğun azaldılmasının zəruri olduğunu nəzərə alaraq tərtib edilib. Sənəddə üzv dövlətlərdə əmək, məşğulluq və sosial müdafiə sistemlərinin inkişafı, üzv dövlətlərin əhalisinin mənafeyi naminə əmək və məşğulluq proqramları və layihələrin tətbiqində özəl sektordan olan səhmdarların və sponsorların cəlb olunması və digər önəmli məqamlar ehtiva olunub.

Deputatlar “Azərbaycan Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə də baxıblar.

İclasda Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında 2017-ci il 15 dekabr tarixli Qanunun icrası məqsədilə “Aviasiya haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda nəzərdə tutulan dəyişikliklər müzakirə edilib.

Vergi Məcəlləsində ediləcək dəyişikliklərə əsasən sənədin 90.3.3.9-cu maddəsində “torpaq sahəsinin ayrılması barədə qərarın və tikintiyə razılıq verilməsi haqqında sənədin surəti” sözləri “torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin və tikintiyə icazənin surətləri” sözləri ilə əvəz edilir.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda ediləcək dəyişikliyə əsasən, bu sənədin 27.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla, məhsul nümunələrinin tədqiqi (sınağı) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu növ işlərin aparılması üçün akkreditasiya edilmiş istənilən laboratoriyalarda və ya digər təşkilatlarda aparıla bilər.

İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsinə əsasən sənədin 538-1.4-538-1.6-cı maddələrində “Müvafiq icra hakimiyyəti orqanı” sözləri “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz ediləcək.

“Standartlaşdırma haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinə əsasən sənədin 6-cı maddəsinin 5-ci hissəsinin ikinci abzasında “müvafiq icra hakimiyyəti orqanında” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda)” sözləri ilə əvəz edilir, 15.1.2.-ci maddəsi isə ləğv edilir.

Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə əsasən istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri gəlir vergisindən azaddır.

İnzibati Xətalar Məcəlləsində ediləcək dəyişikliyə əsasən sənədin 253-1.1.3-cü maddəsindən “, kadastrı” sözü çıxarılır.

“Yaşıllıqların mühafizəsi haqqında” Qanunda ediləcək dəyişikliyə əsasən 11.0.2-ci maddəsində “və bələdiyyədən” sözləri “, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə isə bələdiyyədən” sözləri ilə əvəz ediləcək.

Deputatlar yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması, qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması, dövlət və ya bələdiyyə mülkiyyətində olan çoxmənzilli binanın idarə edilməsi sahəsində fəaliyyət göstərən orqanın (qurumun) dəqiqləşdirilməsi məqsədilə hazırlanan Mənzil Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsini nəzərdən keçiriblər.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən sənədin 231.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz ediləcək.

İclasda “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Mədəniyyət haqqında” və “Milli Arxiv fondu haqqında” qanun layihələrinə texniki xarakterli dəyişikliklərə də baxılıb.

Deputatlar “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini də müzakirə ediblər. Bu Qanunda nəzərdə tutulan dəyişikliklər “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2018-ci il 1 may tarixli Qanuna uyğunlaşdırmaq məqsədi ilə təklif edilir. İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil buraxılır.

İclasda “Reklam haqqında” Qanunda dəyişikliklər edilməsi barədə 2017-ci il 17 noyabr tarixli Qanunun tətbiqi ilə əlaqədar “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyələrin statusu haqqında” qanunlarda nəzərdə tutulur bir sıra dəyişikliklərə də baxılıb.

Deputatlar, həmçinin Azərbaycan Respublikasının “Diplomatik xidmətə verilən töhfəyə görə” medalının təsis edilməsi, həmçinin “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini birinci oxunuşda nəzərdən keçiriblər.

İclasda “Elm haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə də baxılıb. Bildirilib ki, sənədin “Elmi fəaliyyət sahəsində beynəlxalq əməkdaşlıq” adlı 39-cu maddəsində edilən dəyişikliyə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında doktorantura səviyyəsində təhsil alması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı, habelə elm və təhsil müəssisələri ilə bağlanan müqavilələr əsasında həyata keçiriləcək.

Qeyd edilib ki, “Elm haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” 2017-ci il 6 dekabr tarixli və “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” 2018-ci il 10 yanvar tarixli sərəncamlarının icrası məqsədi ilə təklif olunur.

Eyni məqsədlə “Təhsil haqqında” Qanuna da bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur. Qanun layihəsi birinci oxunuşda müzakirə edilib.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə yüz manat məbləğində cərimə tətbiq edilir. Tütün məmulatlarının ətraf mühitə atılmasına görə əlli manat məbləğində cərimə nəzərdə tutulur. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimələnəcək.

“Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə birinci oxunuşda baxılıb. Dəyişikliyə görə sənədin 1.0.4-cü maddəsi yeni redaksiyada veriləcək. Qanun layihəsinə əsasən tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edə bilər.

“Televiziya və radio yayımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda nəzərdən keçirilib. Dəyişikliklərə əsasən sənədə “tütün məmulatlarını və tütün istifadəsi prosesini nümayiş etdirməmək, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərləri, tamaşaları, proqramları efirdə, kabel yayımı vasitəsilə açıq yayımlamamaq” məzmunlu 40.2.2-1-ci və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq teleradio yayımçıları tütündən istifadənin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlayır və bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırırlar. Bu verilişlərin 45 dəqiqəsi saat 17.30-23.00 arasında olmaqla, saat 08.00-23.00 arasında yayımlanır və verilişlərin surəti hər ay Milli Televiziya və Radio Şurasına təhvil verilir.” məzmunlu 40.3-cu maddələr əlavə edilir.

Qeyd olunub ki, “Televiziya və radio yayımı haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklər “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanuna uyğunlaşdırılma məqsədi daşıyır.

“İctimai televiziya və radio yayımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təqdim olunub. Qanun layihəsinə əsasən sənədə “tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanmaması.” məzmunlu 7.0.10-cu maddə əlavə olunacaq.

İclasda, həmçinin "Bədən tərbiyəsi və idman haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunub.

“Teatr və teatr fəaliyyəti haqqında” Qanunda edilən dəyişiklik birinci oxunuşda müzakirə edilib. Dəyişikliyə görə sənədə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinə uyğun olaraq, teatr tamaşalarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi qadağandır” məzmunlu 11.4-cü maddə əlavə ediləcək.

Bildirilib ki, Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarının azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun qəbul edilib. Bu Qanunun 9.1.1-ci maddəsinə görə ayrı-ayrı ərazilərdə, binalarda və obyektlərdə tütün çəkilməsinə qadağa qoyulur. Həmin Qanuna uyğunlaşdırılma məqsədilə 1994-cü il 23 sentyabr tarixli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsi”ndə və 1994-cü il 23 sentyabr tarixli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə bəzi dəyişikliklər ediləcək.

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən sənədin 15-ci maddəsinin birinci hissəsində “yeddinci” sözü “səkkizinci” sözü ilə əvəzlənəcək.

Deputatlar Mülki Prosessual Məcəllədə təklif edilən dəyişiklikləri də nəzərdən keçiriblər.

Müzakirə olunan bütün qanun layihələri səsə qoyularaq qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Rusiyada işlənmiş avtomobillərin qiyməti 40 faizə yaxın artıb

Yaponiyada ərzaq məhsullarındakı qiymət artımı 2022-ci ilin səviyyəsini ötüb

Meksikada kilsənin damının uçması nəticəsində ölənlərin sayı 7-yə çatıb YENİLƏNİB

Tramp yenidən seçiləcəyi təqdirdə, ABŞ qoşunlarını bir neçə ölkədən çıxaracağına söz verib

İspaniya La Liqası: “Atletiko Madrid” çətin qələbə qazanaraq liderlərə yaxınlaşıb

Hamburqda keçirilən görüşdə bu şəhərdə Azərbaycan Evinin açılmasının zəruriliyi vurğulanıb

Gürcüstanda sovet dövründə müsəlmanlardan alınan məscidlərdən 234-ü artıq öz sahiblərinə qaytarılıb

İtaliya A Seriyası: “Yuventus” ardıcıl ikinci səfər oyununda xal itirib

Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Türkiyə Ordusu İraqın şimalında terrorçuların hədəflərinə aviazərbələr endirib

Slovakiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə dair tədqiqatlar ilin sonunadək başa çatmalıdır – Gürcü nazir

“Sabah”ın kapitanı: Azərbaycan basketbolunu Avropada ən yaxşı səviyyədə təmsil etmək istəyirik

Şəhid Elvin Məmmədovun ildönümündə xatirəsi anılıb

“Sabah” basketbol klubunun baş məşqçisi: Qələbə uğrunda sona qədər mübarizə aparacağıq

Azərbaycanın tamblinq üzrə yığma komandası Parisdə keçirilən turnirdə qızıl medal qazanıb

1993-cü ilin 3 oktyabr tarixi qələbə və şərəf salnaməsinin başlanğıc günüdür

Beynəlxalq Atletlər Forumunun birinci gününə yekun vurulub

Futbol üzrə Azərbaycan çempionatının VIII turuna yekun vurulub

Gənc rəssam: Ən böyük arzum Şuşada əsərlərimdən ibarət sərgimin açılmasıdır

Türkiyə Superliqası: “Fənərbağça” qələbə seriyasını darmadağınla davam etdirib

Xabir Xabibullin: Azərbaycanda kəmər güləşi üzrə Avropa çempionatının yüksək səviyyədə keçiriləcəyinə inanıram

Yeni tarixi mərhələ: Naxçıvan reallıqları və çağırışlar

Azərbaycan, Türkiyə və Gürcüstan parlament sədrləri arasında üçtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Elnur Məmmədov: Ölkə rəhbərliyi Azərbaycanda milli idman növlərinin inkişafına xüsusi diqqət yetirir

Prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilib

Bakıda kəmər güləşi üzrə III Avropa çempionatı ilə əlaqədar görüş keçirilib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədəki terror hücumunu kəskin pisləyib

Güclü yağış səbəbindən Beyləqan rayonunun Əhmədli və Aşağı Çəmənli kəndlərində bəzi evləri su basıb

Milli Məclisin sədr müavini Adil Əliyev: Böyük Qayıdış Proqramı uğurla icra edilir

ADY: Dəllər stansiyasında sərnişindaşıma bərpa olundu

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı VİDEO

Çində “Qızıl həftə”də 900 milyona yaxın səfər gözlənilir

Beynəlxalq Astronavtika Konqresi çərçivəsində STEAM müəllimləri üçün seminar keçirilib

Komitə sədri: Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi Azərbaycanın iqtisadi imkanlarını artıracaq

Murtuza Bülbül: Azərbaycan musiqisinin bütün dünyada səslənməsi mənim üçün qürurvericidir

Yüksək dağlıq ərazilərdə sulu qar və qar yağacaq

® “SAB” qanvermə aksiyası keçirib

Animatorların İnkişaf Proqramına qəbul başlayıb

II Azərbaycan Milli Şəhərsalma Forumu işini yekunlaşdırdı

® Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində fəaliyyətdədir

Xankəndi şəhəri ərazisində xeyli sayda tələ qurğular, silah-sursat aşkarlanıb

Dominik Tilmans: Kosmos bizə müxtəlif sahələrdə monitorinqlər aparmağa imkan verir

® “Nar” şəbəkəsi Xankəndi şəhərində

Xankəndidə tibbi işin təşkili ilə bağlı tədbirlər görülür VİDEO

Şirvanda şəhid Asif Qəribovun xatirəsi anılıb

Leyla Abdullayeva: Yalan çıxışlara son qoymağın vaxtıdır

Baş prokuror: Ermənistanın kütləvi məzarlıqlarla bağı verdiyi məlumatlar dəqiq olmur

İlqar İsbatov: Xocalıda mövcud vəziyyət öyrənildikdən sonra şəhərin planı hazırlanacaq

Azərbaycan dövləti İrpendə poliklinikanın təmirini öz üzərinə götürüb

”Smer” Slovakiyada keçirilən parlament seçkilərində qalib gəlib

2-ci Milli Şəhərsalma Forumu çərçivəsində TDT-yə üzv ölkələrin nazirlərinin dəyirmi masası təşkil edilib

Yeni işğaldan azad edilmiş ərazilərdə gələcəkdə prokurorluq binalarının inşası təmin ediləcək

“Baykar” Ukraynaya 100 milyon dollar həcmində sərmayə qoyur

Fuad Aslanov: Azərbaycan kosmos sahəsində qlobal miqyasda bir sıra mühüm təşəbbüslərlə çıxış edir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabahdan Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayır

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Türkiyə DİN-in Təhlükəsizlik Baş İdarəsinə terror hücumu olub, iki nəfər yaralanıb YENİLƏNİB VİDEO

Şəhid olan hərbi qulluqçumuz Qusarda dəfn edilib

® Ağdərə və Xocalıdan sonra Xankəndi şəhəri də “Azercell” şəbəkəsi ilə əhatə olunub

Müasir şəhərlərdə miqrasiyanın idarə olunması əsas məsələlərdən biridir

Kamran Əliyev: Lokal antiterror tədbirlərindən sonra Azərbaycana qarşı cinayət törədən ermənilərin həbsi daha da sürətlənib VİDEO

Orqanizmin vərdiş etdiyi qida rasionundan qəfil imtina bir çox ciddi xəstəliklərə səbəb ola bilər

Ahmet Yozgatlıgil: Biz gələcək nəsillərə daha sabit bir dünya qoyub getməyə borcluyuq

Yardımlıda avtomobildən külli miqdarda narkotik vasitə aşkarlanıb

TÜRKSOY-un Baş katibi: TDT-nin üzvləri kosmos sahəsində birgə əməkdaşlığa böyük əhəmiyyət verir

IAF-ın sabiq prezidenti: Biz yeni kosmos erasına daxil oluruq

Oktyabrın 1-i Beynəlxalq Vegetarian Günüdür

IAF-ın prezidenti: Kosmos insanlar, xüsusilə gənclərimiz üçün maraq doğuran sahədir

Xüsusi müşavir: Kosmos bir çox mühüm məsələlərin həllində açar rolunu oynayır

Tahir Mirkişili: Ulu Öndərin 100 illiyində ölkəmizin Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi əlamətdar hadisədir

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib

IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı Bakıda öz işinə başlayıb VİDEO

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı

Bakıda soyuducu təmir sexində yanğın olub

Bu gün Beynəlxalq Ahıllar Günüdür

Dünyanın müxtəlif ölkələrindən Türkiyə məzunları Bakıda görüşüblər

Azərbaycan antiterror tədbirləri ilə ikinci dəfə hərb tarixinə öz adını yazdırdı- AÇIQLAMA

Bu gün DİM xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirir

Bu gündən taksi minik avtomobillərinin sürücülərinə dair yeni tələblər qüvvəyə minir

Ankara Dövlət Polifonik Xor kollektivi Cümhuriyyətin 100 illiyinə xüsusi əsərlər ifa edəcək

Türkiyədə bələdiyyə seçkiləri gələn ilin martında keçiriləcək

Bu gün Türkiyə Böyük Millət Məclisinin payız sessiyası işə başlayacaq

Yunanıstan ilə Türkiyə arasında körpünün tikintisinə 2024-cü ildə başlanacaq

Cari ilin sonunadək Kahramanmaraşda 9 mindən çox evin zəlzələdən zərərçəkənlərə verilməsi gözlənilir

Oktyabrın 1-dən taksiylə sərnişin daşımalarına dair yeni tələblər qüvvəyə minib

Slovakiyada keçirilən növbədənkənar parlament seçkilərində liberal Proqressiv Slovakiya partiyası liderdir

Ukraynanın üç bölgəsində hava hücumu xəbərdarlığı elan edilib

Dağıstanın Xutrax kəndində güclü yanğın nəticəsində səkkiz ev yararsız hala düşüb

Amasiyada sərnişin avtobusu aşdı: 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Zaqatalada partlayıcı maddənin partlaması nəticəsində Vətən müharibəsi iştirakçısı həlak olub

İsmayıllıda 65 yaşlı kişinin öldürülməsi ilə bağlı cinayət işi açılıb

Ağsuda 3 otaqlı ev yanıb

"Tottenhem" "Liverpul"a qalib gəlib, Mançester təmsilçiləri uduzublar

Əsl hünər qurmaq, tikmək, yaratmaqdır – Deputat

Türkiyə Superliqası: "Qalatasaray" doğma meydanda çətin qələbə qazanıb

Bakıda Azərbaycan-İsrail Erkən Təhsil və Valideynlik Forumu keçirilib

Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilir VİDEO

İtaliyada 177 nəfərin olduğu gəmi-bərəsində yanğın baş verib