Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin plenar iclası keçirilib

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 19-da Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası Milli Məclisin Sədri Oqtay Əsədov açaraq gündəliyi təqdim edib.

Sonra 21 məsələdən ibarət gündəlik təsdiqlənib.

Üçüncü oxunuşda müzakirəyə çıxarılmış iki məsələni təqdim edən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” 2018-ci il 30 oktyabr tarixli Qanunun icrası ilə əlaqədar olaraq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi, həmçinin “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi zərurətini yaradıb.

Parlament bu qanun layihələrini üçüncü oxunuşda dəstəkləyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin məlumatı dinlənildikdən sonra deputatlar “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun icrası ilə əlaqədar İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə (üçüncü oxunuş) razılıq veriblər.

Sonra iclasda ikinci oxunuşda müzakirəyə təqdim edilmiş 7 qanun layihəsinə baxılıb. Qanun layihələrini komitə sədrləri Aqiyə Naxçıvanlı və Əli Hüseynli, Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, parlament Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təqdim ediblər.

Bildirilib ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər (ikinci oxunuş) Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğunlaşdırma məqsədi daşıyır. Dəyişiklik övladlığagötürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsini, bu prosesdə şəffaflığın təmin edilməsini, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsini nəzərdə tutur. Layihədə övladlığa götürmə üçün yaş həddi nikahda olan şəxslər üçün 25, nikahda olmayanlar üçün 30 yaş kimi müəyyənləşdirilib.

Məlumat verilib ki, Mülki Prosessual Məcəllədə edilən dəyişiklik də (ikinci oxunuş) “Övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 10 dekabr tarixli Prezident Fərmanının icrası məqsədilə hazırlanıb.

Deputatların diqqətinə çatdırılıb ki, Mülki Məcəllədə, “Uşaq hüquqları haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də (ikinci oxunuş) Azərbaycan Prezidentinin 2018-ci il 10 dekabr tarixli Fərmanının icrası ilə əlaqədardır. Təklif olunan dəyişikliklər mərkəzləşdirilmiş elektron informasiya sistemində övladlığa götürmə sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsini, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, eləcə də onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun və övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılmasını və mülki hüquq pozuntusunun tənzimlənməsini nəzərdə tutur. Qeyd olunur ki, hazırkı 3 pilləli uçot sistemindən fərqli olaraq yeni yanaşma təkmil uçotun aparılmasına, məlumatların real vaxt rejimində yenilənməsinə imkan verəcək.

Gündəlikdəki növbəti qanun layihələrinin təqdimatında bildirilib ki, “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsinə (ikinci oxunuş) zərurət yaranıb. Azərbaycan Prezidentinin 2019-cu il 11 aprel tarixli Fərmanına əsasən, Ali Baş Komandanın bayrağının vahid forması müəyyənləşdirildiyindən dəyişiklik edilməsi (ikinci oxunuş) təklif olunan “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarda həmin münasibətlərin tənzimlənməsinə ehtiyac qalmır. Deputatlara məlumat verilib ki, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunun 5-ci maddəsinə 5.5 maddəsinin əlavə olunması, həmçinin 8.8-ci maddədə dəyişiklik edilməsi (ikinci oxunuş) 2019-cu il 9 aprel tarixdə İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklərin tətbiqi ilə əlaqədardır.

Əmək Məcəlləsində və “Məşğulluq haqqında” Qanunda edilməsi nəzərdə tutulan dəyişikliklər (ikinci oxunuş) “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli Prezident Fərmanına uyğunlaşdırma məqsədi daşıyır.

Plenar iclasda bu qanun layihələrinin hər biri barədə ayrı-ayrılıqda məlumat dinlənildikdən sonra qanun layihəsi öncə əsas kimi qəbul olunub, sonra bütövlükdə səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra iclasda Milli Məclisə bir zərfdə daxil olmuş 11 məsələyə baxılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, təqdim olunan qanun layihələrindəki dəyişikliklər Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının icrası məqsədilə hazırlanıb. Ölkəmizdə həmin istiqamətdə işlər görülməyə başlanıb və qısa müddətdə Fərmanın müsbət nəticələrini həm hüquq ictimaiyyəti, həm də bütövlükdə cəmiyyətimiz hiss etməkdədir. Fərmanın icrası ilə bağlı Milli Məclis öz öhdəsinə düşən işlərin bir hissəsini sessiyanın əvvəlində başa çatdırıb (kommersiya məhkəmələrinin və yeni inzibati məhkəmələrin yaradılması ilə bağlı layihə), hazırda təqdim olunmuş layihələr zərfi isə qanunvericilik işlərinin ikinci mərhələsini təşkil edir. Bir sıra qanunvericilik aktına əlavə və dəyişiklik edilməsi nəzərdə tutulur. Komitə sədri onu da qeyd edib ki, Prezidentin Fərmanındakı bir mühüm məsələ də vahid məhkəmə təcrübəsinin formalaşdırılmasıdır. Məlumat dinlənildikdən sonra deputatlar birinci oxunuşda müzakirəyə çıxarılmış “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlarda və 4 Məcəllədə – Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələrini, həmçinin bir oxunuşda müzakirəyə verilmiş “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini ətraflı müzakirə ediblər.

Fikir mübadiləsində Qüdrət Həsənquliyev, Fazil Mustafa, Tahir Kərimli, Siyavuş Novruzov, Fəzail Ağamalı, Qənirə Paşayeva, Çingiz Qənizadə, Aytən Mustafazadə, Fərəc Quliyev rəy və təkliflərini bildiriblər.

Çıxışları yekunlaşdıran Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov diqqətə çatdırıb ki, dövlətimizin başçısı məhkəmə sistemində vahid hüquqi yanaşmanın olmasını, ədalət mühakiməsinin keyfiyyətinin yüksəlməsini istəyir.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyulub. Müzakirədən keçən 9 qanun layihəsi birinci oxunuşda qəbul edilib. Deputatlar bir oxunuşda müzakirəyə təqdim olunmuş “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, həmçinin “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişiklik edilməsinə də müsbət münasibət bildiriblər.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

AQTA sədri ekspertlərə xəbərdarlıq edib

Ekvadorda enerji böhranı səbəbindən iki gün iş dayandırılıb

İddiaçılar Turniri: Nicat Abasov Hindistan təmsilçisi ilə üz-üzə gələcək

İsveçdə kriminal şəbəkənin üzvünə məxsus üzük hərracda satılıb

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir VİDEO

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq VİDEO

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir