Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin plenar iclasında 2021-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb

Bakı, 24 dekabr, AZƏRTAC

Dekabrın 24-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edən Baş nazir Əli Əsədovu, hökumət üzvlərini və deputatları salamlayaraq bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür. Prezident İlham Əliyev Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın dərin məhəbbətini və hörmətini qazanıb. O, öz fəaliyyətində vətəndaşlarımızın maraqlarını daim hər şeydən üstün tutur, xalqımıza ləyaqətlə xidmət edir, xalqa xidmətin ən yüksək nümunəsini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik qüdrətli dövlətə çevrilib. Ölkəmizin xoşbəxt gələcəyi bu gün onun əzmlə davam etdirdiyi quruculuq və inkişaf strategiyası ilə bağlıdır. Prezident, Müzəffər Ali Baş komandan İlham Əliyev öz parlaq zəkası, yüksək liderlik keyfiyyətləri, cəsarətli, qətiyyətli mövqeyi, əsl sərkərdəlik məharəti ilə Vətən müharibəsində qazandığımız Şanlı Qələbənin memarıdır. Əminliklə söyləyə bilərik ki, qarşıdakı illərdə də Azərbaycan Prezidentimizin rəhbərliyi ilə özünün dinamik inkişafını davam etdirəcək və işğaldan azad olunmuş müqəddəs torpaqlarımız yenidən dirçələcək, Vətənimizin hər bir guşəsi çiçəklənəcək.

Sədr Milli Məclisin adından Prezidentimizi doğum günü münasibətilə təbrik edib, ona dəyərli fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Sonra sədr bildirib ki, iclasın gündəliyində 13 məsələ var, bu gün və sabah dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə ediləcək. Gündəliyin ilk 9 məsələsi büdcə zərfinə daxil olan məsələlərdir və birinci oxunuşda müzakirə olunacaq.

Gündəliyin ilk məsələsi - "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi barədə (birinci oxunuş) danışan Sahibə Qafarova bildirib ki, başa çatmaqda olan 2020-ci il Azərbaycan tarixinin son dərəcə mühüm bir dövrünü təşkil edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış hərbi-siyasi qələbə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulmasını təmin etdi. 30 ilə yaxın dövrdə işğal altında qalmış torpaqlarımızın azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın inkişafı üçün yeni imkanlar açdı.

Yola saldığımız ilin mühüm hadisələrindən biri də koronavirus pandemiyasının iqtisadi həyatımıza təsiri ilə bağlıdır. Azərbaycan rəhbərliyinin gördüyü tədbirlər ölkəmizdə yeni növ virusun törətdiyi xəstəliyə qarşı mübarizəni ən yüksək səviyyədə təşkil etməyə, eyni zamanda, iqtisadi böhranın qarşısını almağa, iqtisadi sabitliyi qoruyub saxlamağa imkan yaradıb.

Əlbəttə, ölkə həyatında müşahidə olunan yeni reallıq və çağırışlar 2021-ci ilin dövlət büdcəsinin formalaşmasına təsir göstərməyə bilməzdi. Bu gün Milli Məclisdə müzakirəyə çıxardığımız büdcə zərfi sənədləri də ölkə həyatında müşahidə olunan dəyişiklikləri dolğun əks etdirir.

Sədr diqqətə çatdırıb ki, 2021-ci ilin dövlət büdcəsinin əsas prioritetləri əhalinin sosial müdafiəsi, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, müharibənin nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi və yenidən qurulması, COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin davam etdirilməsidir.

İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturun yaradılması məqsədilə 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait nəzərdə tutulub.

Gələn il hərbi qulluqçuların və şəhid ailələrinin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması, onların zəruri ehtiyaclarının təmin edilməsi, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsi dövlətin diqqət mərkəzində saxlanılacaq.

Sahibə Qafarova qeyd edib ki, 2021-ci ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər dünən parlament komitələrinin iclaslarında geniş müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib. Hesablama Palatası da büdcə zərfi barəsində müsbət rəyini bildirib.

Sədr aparılacaq müzakirələrin səmərəli olacağına və dəyərli təkliflər səsləndiriləcəyinə əminliyini ifadə edib.

"Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi barədə (birinci oxunuş) məlumat verən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında hökumət üzvlərinin və müvafiq dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə qanun layihələri geniş müzakirə olunub. Milli Məclis sədrinin göstərişi ilə ilk dəfə olaraq bu müzakirədə bütün deputatların iştirakının təmin olunması məqsədilə iclas həm də onlayn translyasiya edilib. Belə bir imkan büdcə zərfinə daxil olan layihələrin daha ətraflı izahının hər kəs üçün əlçatan olmasına mühüm şərait yaradıb.

Komitə sədri bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyümüzü bərpa etməklə yeni dövrə qədəm qoymuşuq. İlk dəfə olaraq Vətən müharibəsində qalib gəlmiş bir dövlətin büdcəsini qəbul etməkdəyik.

Komitə sədri bildirib ki, 2020-ci ilin dövlət büdcəsinin dürüstləşməsi zamanı büdcə mexanizmlərinin təkmilləşməsi və xərclərin artırılması, əhəmiyyətli miqyasda iqtisadi və sosial dəstək paketlərinin hazırlanması və icra olunması, iqtisadiyyatın lazımı resurslara malik olması və bütün bu tədbirlərin dövlət başçısının daim diqqətində olması iqtisadiyyatı kəskin şoklardan qoruyub.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən dövlət büdcəsi, dövlət fondları və digər mənbələrdən maliyyə resursları səfərbər edilərək ümumi dəstək paketi 3,5 milyard manat məbləğində nəzərdə tutulub və ümumilikdə 3,0 milyon nəfərə yaxın vətəndaşı əhatə etməyə hesablanıb. Ardıcıl olaraq həyata keçirilən iqtisadi və sosial dəstək proqramları onların əhatə dairəsini xeyli artırıb.

Bu ilin 11 ayının sosial-iqtisadi göstəricilərinə görə ölkəmizdə ÜDM 4.3%, qeyri-neft sektoru isə 2.9% azalıb. Bu göstəricilər İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqust ayında bizə təqdim olunmuş proqnozlarla demək olar ki üst-üstə düşüb. Amma bu azalmalara baxmayaraq, qeyri-neft sənayesində 11.4%, kənd təsərrüfatında 2%, informasiya texnologiyaları və rabitə sektorunda 1.6% artımın qeydə alınması, büdcə gəlirlərinin, vergi daxilolmalarının proqnozdan artıq icra olunması iqtisadiyyatın dayanıqlılığından xəbər verir. Bu bir faktdır ki, 2020-ci ilin bütün çətinliklərinə baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik müşahidə edilib, inflyasiya 2.8%, manatın məzənnəsi sabit olub. Bütün bu dayanıqlılıq Azərbaycan Prezidenti tərəfindən aparılan iqtisadi islahatların və onların hədəfli icra edilməsinin nəticəsində mümkün olub.

Komitə sədri bildirib ki, keçən həftə Dünya Bankı Doing Business 2020-ci il hesabatı üzrə apardığı araşdırmaların nəticəsini elan edib, Azərbaycan 191 ölkə üzrə 6 pillə irəliləyərək 28-ci yerə layiq görülüb və dünyanın ən çox islahat aparan 10 ölkəsindən biri elan olunub.

Beləliklə, 2020-ci ildəki iqtisadi dayanıqlılıq 2021-ci ildə ölkə iqtisadiyyatının artım mərhələsinə qədəm qoymasına imkan yaradıb. Təqdim olunmuş iqtisadi proqnozlara görə, 2021-ci ildə ölkəmizdə ÜDM-in 3.4% artacağı, qeyri- neft sektorunun ÜDM-də payının 70.5%-ə çatacağı, inflyasiyanın 3.0% olacağı, manatın məzənnəsinin sabit olacağı proqnozlaşdırılır. Özəl sektorun iqtisadi artımda və büdcə gəlirlərində iştirak payının artırılması üçün növbəti ildə də mühüm stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

2021-ci il üçün dövlət büdcəsinin gəlirlərinin 2020-ci ilin dürüstləşdirilmiş büdcə gəlirlərinə nisbətən 1.303 milyon manat artıq proqnozlaşdırılması və beləliklə də ümumi həcminin 25 427 milyon manat olması məqbul hesab edilib. Gəlirlərin artan hissənin qeyri-neft gəlirləri hesabına təmin olunması və bu zaman yeni alətlərdən istifadə olunması vacib məqamlardan biridir. Dövlət Neft Fondundan transferin sabit qalması və növbəti 3 il ərzində onun azaldılması ilə bağlı planlar fikrimizcə vacibdir. Büdcə gəlirlərində qeyri-neft sektorundan daxil olmaların 3.8% artaraq 45.8%-ə çatması büdcənin dayanıqlığını artıran amillərdəndir. Son 10 ildə bu göstərici 26%-dən 45.8%-ə qədər artıb. Vergi xidməti ilə daxilolmaların payında qeyri-neft sektorunu payının 78%-ə çatması proqnozlaşdırılır. Bu göstərici də son 10 ildə 50%-dən 78%-ə qədər artıb.

Tahir Mirkişili qeyd edib ki, dövlət büdcəsində neftin bir barelinin qiymətinin 40 dollar götürülməsi aparılan təhlillərə uyğundur. Beynəlxalq təşkilatlar tərəfindən verilən proqnozlarda 2021-ci ildə neftin 1 barelinin orta illik qiymətinin 41-43 dollar arasında dəyişəcəyi bildirilir. Eyni zamanda, aparılan vaksinasiya nəticəsində 2021-ci ilin 2-ci rübündən etibarən iqtisadi aktivliyin bərpa olunacağı ilə bağlı proqnozlar neftin qiymətinin daha 15% artacağını bildirir. Bu təhlillər nəticəsində neftin bir barelinin qiymətinin dövlət büdcəsində 40 dollar götürülməsi doğru hesab edilir.

Komitə sədri bildirib ki, dövlət büdcəsinin xərcləri də 2020-ci ilin dürüstləşdirilmiş büdcə xərclərinə nisbətən 1 milyard 50 milyon manat artıq proqnozlaşdırılıb və xərclərin ümumi həcmi 28 milyard 543 milyon manat olub.

“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə (birinci oxunuş) danışan maliyyə naziri Samir Şərifov diqqətə çatdırıb ki, sona çatan 2020-ci il Azərbaycan tarixində müstəsna il kimi qalacaq. Çünki 2020-ci ildə Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə son qoyub. Azad edilmiş torpaqlarının yenidən qurulması bu gün qarşımızda duran ən ümdə məsələdir. Bu məqsədlə gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulub.

Nazir bildirib ki, ordumuzun maddi-texniki bazasının daha da yaxşılaşdırılması üçün müdafiə xərclərinə 4 milyard 586 milyon vəsaitin ayrılması nəzərdə tutulur. Həmçinin sərhədlərimizin bərpası, ərazilərimizin minalardan təmizlənməsi üçün də büdcədə vəsait nəzərdə tutulub.

Nazir diqqətə çatdırıb ki, 2021-ci il və sonrakı 3 il üçün dövlət və icmal büdcə layihələri “Büdcə sistemi haqqında” Qanuna uyğun şəkildə hazırlanıb. Prezidentin müəyyən etdiyi kimi, qeyri-neft sektorunun inkişafı əsas götürülüb. Növbəti ildə baş verəcək dəyişikliklər və bunun Azərbaycan iqtisadiyyatına təsirləri, ölkə iqtisadiyyatının makroiqtisadi reallıqları və iqtisadi inkişafın növbəti mərhələsinə keçidlə bağlı gözləntilər nəzərə alınıb. Hökumətin əsas amalı odur ki, iqtisadi fəallıq bərpa olunsun.

Nazir bildirib ki, 2021-ci ilin Dövlət büdcəsində neftin 1 bareli 40 dollar, dolların məzənnəsi isə 1.7 manat nəzərdə tutulub. 2021-ci il dövlət büdcəsinin xərcləri 28 milyard 543 milyon manat proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 milyard 51 milyon manat və ya 3,8 faiz çox olacaq. 2021-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinə 20,5 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 14,1 faiz, təhsil xərclərinə 8 faiz, kənd təsərrüfatı xərclərinə 5,1 faiz, ətraf mühitin mühafizəsi xərclərinə 0,8 faiz çox vəsait ayrılacaq.

Sonra çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, 2020-ci ildə bütün mövcud çətinliklərə baxmayaraq, ölkəmizdə makroiqtisadi sabitlik qorunub. İqtisadiyyatın kiçilməsi müşahidə edilsə də, ölkə iqtisadiyyatı yüksək dayanıqlılıq nümayiş etdirib. Bunu qeyri-neft sektoruna xüsusilə aid edə bilərik. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası, orada yaşayan insanların geri qayıtması, onların məşğulluğunun təmin edilməsi əsas vəzifələrdəndir.

Nazir qeyd edib ki, cari ildə sərt karantin tədbirlərinin tətbiqi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Belə ki, əsas kapitala investisiya qoyuluşları azalıb. Özəl sektor üzrə investisiyalar 8 faiz artıb, dövlət təşkilatları üzrə investisiyalar isə azalıb.

Nazir diqqətə çatdırıb ki, hökumət tərəfindən pandemiyanın iqtisadiyyata təsirlərinin yumşaldılması istiqamətində mühüm işlər görülüb. Görülən tədbirlər nəticəsində Azərbaycan hökuməti iqtisadi tənəzzülü nisbətən yumşaltmağa nail ola bilib. Cari ilin yanvar-noyabr aylarında vergilər üzrə 6,8 milyard manat vəsaitin dövlət büdcəsinə daxil olunması təmin edilib.

Qeyri-neft sektoru üzrə daxilolmaların artmasının səbəblərindən biri də qeyri-neft sektorunda çalışan işçilərin əməkhaqqının da vergi sisteminə daxil olmasıdır. Bu da ölkədə kölgə iqtisadiyyatının həcminin azalmasına səbəb olub. 2020-ci ildə ilin əvvəlindən qeyri-neft sektoru, özəl sektorda yeni müqavilə ilə işəgötürmələrin sayı 84800 təşkil edib.

İclasda çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov ölkədə pul-kredit siyasəti barədə məlumat verib. Bildirib ki, növbəti ildə maliyyə sabitliyinin qorunması, maliyyə sektoruna dəstək, sığorta, qiymətli kağızlar bazarının dərinləşməsi, burada olan problemlərin həlli istiqamətində geniş strategiya hazırlanıb. Əmanətlərin sığortalanmasına yeni keçid də bu sabitliyin qorunmasına dəstək verəcək. Elman Rüstəmov diqqətə çatdırıb ki, 2021-ci ilin dövlət büdcəsi dünyada iqtisadi aktivliyin qeyri-müəyyən olduğu şəraitdə proqnozlaşdırılır. Bütün resurslardan səmərəli istifadə edilməsi iqtisadi artımın, rifahın yüksəldilməsi istiqamətində böyük nəticələr əldə etməyə imkan yaradacaq.

Mərkəzi Bankın sədri deyib ki, ölkənin strateji valyuta ehtiyatları il ərzində sabit qalıb. Mərkəzi Bankın valyuta ehtiyatları 3%-dən çox artıb. 2018-2020-ci illərdə iqtisadiyyatda pul təklifi 54%-dək artıb. Bank sistemində aparılmış sağlamlaşdırma tədbirləri nəticəsində 4 bank sistemdən xaric edilib.

İclasda çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, 2021-ci ilin dövlət büdcəsi azad olunmuş torpaqlara da tətbiq olunan ilk büdcədir. 2021-ci ilin dövlət büdcəsi layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlər “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğundur və büdcə zərfinin şəffaflığının təmin edilməsinə şərait yaradır. Palata sədri büdcənin ayrı-ayrı xərc istiqamətləri üzrə təkliflərini bildirib. Diqqətə çatdırıb ki, Palata 2021-ci ilin dövlət büdcəsi layihəsinə müsbət rəy verib.

Sonra büdcə layihəsinin müzakirəsinə başlanıb. Müzakirələr zamanı çıxış edən deputatlar Zahid Oruc, Əli Məsimli, Fəzail Ağamalı, Aydın Mirzəzadə, Elman Nəsirov, Elşən Musayev, Azər Badamov, Bəxtiyar Əliyev, Musa Qasımlı, Əhliman Əmiraslanov, Qənirə Paşayeva, Səməd Seyidov, Şahin İsmayılov, Səbinə Xasayeva, Tahir Rzayev, Mahir Abbaszadə, Sahib Alıyev büdcə layihəsini yüksək qiymətləndiriblər, qeyd və təkliflərini bildiriblər.

Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, büdcə müzakirələri dekabrın 25-də davam etdiriləcək.

Daha sonra iclasda “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib.

Milli Məclis sədrinin müavini, ictimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli sənədə təklif edilən dəyişikliklərin mahiyyəti barədə məlumat verib. Bildirib ki, qanunun “Siyasi partiyalara dövlət büdcəsindən vəsaitin ayrılması” adlanan 17-1-ci maddəsinə dəyişikliklər təklif olunur. Fəzail İbrahimli diqqətə çatdırıb ki, siyasi partiyaların maliyyələşməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Qanunun hazırda qüvvədə olan mətnində “dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizinin siyasi partiyalar tərəfindən irəli sürülən, etibarlı səslərin azı 3 faizini qazanan, lakin Milli Məclisdə təmsil olunmayan həmin partiyalar arasında proporsional olaraq bölündüyü” qeyd olunub. Bu sahədə mövcud olan boşluqların aradan qaldırılması üçün təklif olunan yeni dəyişiklikdə həmin məbləğ 10 faizdən 5 faizə endirilir. Məbləğin digər 5 faizi isə təkrar və əlavə seçkilərdə qələbə qazanan deputatların partiya mənsubiyyətinin yaranması ilə əlaqədar parlamentdə təmsil olunan yeni siyasi partiyalara ayrılır.

Deputatlar Məlahət İbrahimqızının, Siyavuş Novruzovun, Fazil Mustafanın, Razi Nurullayevin, Sabir Rüstəmxanlının və Tahir Kərimlinin fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İclasın yekununda “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələyə də baxılıb.

Milli Məclis sədrinin birinci müavini, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə barədə məlumat verərək bildirib ki, müharibə şəraiti dövründə də, ondan sonrakı dövrdə də bu nazirliyin əməkdaşları öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Təsadüfi deyil ki, vaxtilə uzaqgörənliklə bu nazirlik yaradılmışdı. Bu medalın təsis olunması Azərbaycanın orden və medallarına yeni bir töhfə olacaq.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin iclası başa çatıb.

Büdcə müzakirələri dekabrın 25-də davam etdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb