SİYASƏT


Milli Məclisin plenar iclasında 20 məsələyə baxılacaq

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də Azərbaycan Respublikası Milli Məclisinin plenar iclası keçiriləcək.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda 20 məsələ müzakirə olunacaq.

Əvvəlcə “Banklar haqqında”, “Poçt haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, Azərbaycan Respublikasının “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri nəzərdən keçiriləcək.

Deputatlar “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsini müzakirə edəcək, “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Çin Xalq Respublikasının Keyfiyyətə Nəzarət, Yoxlama və Karantin üzrə Baş Administrasiyası (AQSİQ) arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında" qanun layihəsinə baxacaqlar.

İclasda, həmçinin Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi, Miqrasiya, İnzibati Xətalar, Cinayət, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri barədə müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.