Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin plenar iclasında 25 məsələ müzakirə olunub

Milli Məclisin plenar iclasında 25 məsələ müzakirə olunub

Bakı, 3 aprel, AZƏRTAC

Aprelin 3-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, 25 məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra deputatlar günün aktual məsələlərinə münasibət bildirdilər. Xaricdə məskunlaşmış bəzi soydaşlarımızın sosial şəbəkələrdə və saytlarda yer alan qeyri-etik çıxışları yolverilməz sayıldı və şiddətlə pislənildi. Çıxışlarda vurğulandı ki, Vətənin, xalqın, ordunun şərəf və ləyaqətini qorumaq, milli maraqları və millətin mənafeyini nəzərə almaq siyasi baxışlarından asılı olmayaraq hər bir vətəndaşın borcudur.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycan hökuməti ilə Əfqanıstan hökuməti arasında hava əlaqəsi haqqında, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişləri şərh etdi. Parlament hər iki sazişi təsdiqlədi.

Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov 2005-ci il 3 may tarixli Qanunla təsdiq olunmuş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”yə təklif edilən dəyişikliklər barədə məlumat verdi. Bildirdi ki, komissiyanın əsas vəzifələrinə və əsas hüquqlarına dair maddələrə edilən dəyişiklik qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyır, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda edilmiş dəyişikliklərin ötən ilin oktyabr ayından etibarən tətbiqi ilə əlaqədardır.

Deputatlar qanunun qəbulunu məqsədəuyğun saydılar.

Sonra Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Hidrometeorologiya fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələni təqdim etdi. Nəzərə çatdırıldı ki, sənəd qanunvericiliyin uyğunlaşdırılması məqsədilə hazırlanıb. Parlament qanun layihəsinə müsbət münasibət bildirdi.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Gəmiçilik sahəsində xidmətlərə görə” medalının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda zəruri dəyişiklikləri şərh etdi. Bildirdi ki, hər iki medal milli dövlətçilik atributlarını əks etdirir. Məsələ müzakirə olundu və qanun qəbul edildi.

Gündəlikdəki növbəti dörd qanun layihəsi Milli Məclisə bir zərfdə daxil olmuşdu. Bildirildi ki, “Banklar haqqında”, “Kredit büroları haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” qanunlarda və Mülki Məcəllədə edilən dəyişikliklər 2016-cı ilin oktyabrından etibarən tətbiq olunan “Kredit büroları haqqında” Qanunla əlaqədardır. Bu dəyişikliklər banklar tərəfindən borcalanlar haqqında məlumatın Mərkəzləşdirilmiş kredit reyestrinə verilməsi mexanizmini dəqiqləşdirmək, eləcə də reyestrdə toplanan məlumatların qorunmasını təmin etmək məqsədi daşıyır. Plenar iclasda rəy və təkliflər dinlənildi. Səsvermə zamanı deputatlar qanun layihələrinin dördünə də müsbət münasibət bildirdilər.

İclasda Mülki Məcəllədə dəyişikliklərə dair daha bir qanun layihəsinə də baxıldı. Qeyd edildi ki, məqsəd hüquqi şəxs adından çıxış edən şəxsin məsuliyyətinin artırılmasıdır. Qanun qəbul olundu.

Qanunvericiliyin uyğunlaşdırılması baxımından “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” və “Valyuta tənzimi haqqına” qanunlara təklif olunan dəyişikliklər də müsbət qarşılandı.

Parlament “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğun olaraq hazırlanmış iki sənəddə – Ticarət Gəmiçiliyi Məcəlləsində və “Yerin təki haqqında” qanunda dəyişiklik edilməsini də məqsədəmüvafiq saydı.

Sonra Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə bir zərfdə daxil olmuş beş məsələyə baxıldı. Qanunvericiliyin təkmilləşdirilməsi və dəqiqləşdirilməsi baxımından Şəhərsalma və Tikinti Məcəlləsinə, Mülki Məcəlləyə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İcra haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlara təklif edilən dəyişikliklər barədə məlumat dinlənildi. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyuldu və qəbul edildi.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deputatlara məlumat verdi ki, “Tibbi sığorta haqqında” Qanunun 12-ci və 16-cı maddələrində aparılan dəyişikliklər “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 24 noyabr tarixli Prezident Fərmanına uyğun olaraq “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin yaradılması ilə əlaqədardır, həmçinin İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırma xarakteri daşıyır. Sənəd səsə qoyuldu və qəbul edildi.

Deputatlar İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində, “Fərdi məlumatlar haqqında” Qanunun 13-cü, İnzibati Xətalar Məcəlləsinin 28-ci və 43-cü maddələrində edilən dəyişikliklərə də razılıq verdilər.

Sonra parlamentə “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” yeni qanun layihəsi təqdim olundu. Komitə sədri Əli Hüseynli bildirdi ki, zamanın tələbinə əsasən Azərbaycan qanunvericiliyində mövcud olan daktiloskopik qeydiyyat haqqında qanun genişləndirilib və layihəyə genom qeydiyyatı məsələsi də əlavə olunub. Dörd fəsil, 21 maddədən ibarət olan bu qanun ölkəmizdə insan şəxsiyyətinin eyniləşdirilməsi üçün aparılacaq dövlət daktiloskopik və genom qeydiyyatının məqsədini, prinsiplərini və növlərini müəyyənləşdirəcək, bu sahədə yaranan ictimai münasibətləri tənzimləyəcək. Qanun cinayətkarlığa və terrorizmə qarşı mübarizədə, həmçinin itkin düşmüş şəxslərin tapılmasında səmərəli nəticə əldə etməyə töhfə verəcək.

Müzakirə zamanı deputatlar qanun layihəsinin əhəmiyyətini yüksək dəyərləndirdilər. Belə bir vacib sənədin hazırlanmasında əməyi olan Daxili İşlər Nazirliyi əməkdaşlarına təşəkkür bildirildi. Qeyd olundu ki, layihə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq aktların tələblərinə uyğundur. Bu qanun, həmçinin miqrasiya proseslərinin tənzimlənməsində, vətəndaşlığı olmayan şəxslərin müəyyənləşdirilməsində mühüm rol oynayacaq. Fikir mübadiləsində qanun layihəsi konseptual baxımdan məqbul sayıldı və səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

İclasın yekununda elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli ikinci oxunuşda müzakirəyə çıxarılmış “Peşə təhsili haqqında” qanun layihəsi barədə ətraflı məlumat verdi. Sənəd əsas kimi qəbul edildi və maddə-maddə müzakirəyə başlanıldı. Deputatlar müsbət fikirlərini, təkliflərini parlamentin diqqətinə çatdırdılar. Qeyd olundu ki, ölkəmizin inkişaf etdiyi, yeni istehsal sahələrinin yarandığı indiki dövrdə peşə təhsilinə çox ehtiyac var. Qanun layihəsində innovasiya və sahibkarlıq fəaliyyəti, müasir dövrün çağırış və inkişaf tendensiyaları da nəzərə alınıb.

Plenar iclasda “Peşə təhsili haqqında” qanun layihəsi öncə fəsil-fəsil, sonra bütövlükdə səsə qoyuldu və ikinci oxunuşda qəbul edildi.

İclasda gedən müzakirələrdə birinci vitse-spiker Ziyafət Əsgərov, vitse-spiker Valeh Ələsgərov, komitə sədrləri Siyavuş Novruzov, Ziyad Səmədzadə, Əli Hüseynli, Eldar İbrahimov və Fuad Muradov, deputatlar Fazil Mustafa, Ağacan Abıyev, Hikmət Məmmədov, Novruzəli Aslanov, Cavid Qurbanov, Fəzail Ağamalı, Tahir Kərimli, Çingiz Qənizadə, Sahib Alıyev, Rövşən Rzayev, Aytən Mustafayeva, Elmira Axundova, Tahir Rzayev, Elşad Həsənov, Şəmsəddin Hacıyev, Rauf Əliyev, Rəşad Mahmudov rəy və təkliflərini bildirdilər.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir