CƏMİYYƏT


Milli Məclisin sədri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib

Bakı, 8 mart, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib.

AZƏRTAC xəbər verir ki, S.Qafarova təbrikində deyib:

“Əziz və dəyərli xanımlar!

Sizləri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Siz xanımlar zərifliyin, gözəlliyin, xeyirxahlığın və səmimiyyətin nişanəsisiniz.

Bu gözəl gündə xüsusi təbriklərimi Vətənimizə ləyaqətli və qeyrətli oğullar bəxş etmiş analara çatdırmaq istəyirəm. Sizin yetişdirdiyiniz övladlar vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını və sağlamlıqlarını qurban vermişdir.

Buna görə Sizlərin qarşınızda baş əyir, bayramınızı təbrik edirəm!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.